vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
11:46 | 30 avqust 2022 | Çərşənbə axşamı Məqaləyə 1288 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kremldə gərginlik artır

Putin son vaxtlar “həddən artıq əsəbiləşir”

Dadaş ƏHMƏDLİ

Kremllə bağlı məlumatlar getdikcə daha çox mənbə tərəfindən təsdiqlənir. Cəbhədə uğursuzlar artdıqca, Kremldə gərginlik yüksəlir, özünə nəzarət itir və hətta, Rusiya prezidentinin iştirakı ilə keçirilən görüşlər yüksək səs tonu və küçə söyüşləri ilə yadda qalmağa başlayır. Eləcə də, rəhbər vəzifələrdə olanlar istefaya göndərilməsələr belə, qərar qəbulundan kənarlaşdırılırlar. Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu qərar qəbul etməkdən kənarlaşdırılıb və onun xüsusi hərbi əməliyyata rəhbərliklə heç bir əlaqəsi yoxdur.

Dünən Rusiya prezidenti Vladimir Putin hərbi blokun rəhbərliyinin nümayəndələri ilə videobağlantı vasitəsilə dörd operativ görüş keçirib. Bütün görüşlər Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına həsr olunub. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iki iclasda iştirak edib. Bundan əlavə, Putin FTX və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi, həmçinin Nikolay Patruşevin iştirakı ilə görüş keçirib. Qeyd edilməlidir ki, Putin cəbhədə baş verənlərlə bağlı bütün məlumatlara malikdir. Hərbçilərin hesabatlarından və hərbi blokun rəhbərliyinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdən əvvəl prezident həmişə FTX-nın, bəzən də Xarici Kəşfiyyat Xidmətinin hesabatlarını oxuyur. Rusiya hərbi rəhbərləri bir şeyi başa düşməlidirlər ki, FTX cəbhədəki hərəkətlərlə bağlı bütün məlumatlara malikdir və bəzən onlar hərbi hakimiyyət orqanlarından daha çox məlumatlıdır. FTX-ıin hərbi rəhbərliyin bütün növ kommunikasiyalarına çıxışı var. Dünən, ilk görüşdən əvvəl Putin cəbhədəki vəziyyətlə bağlı onsuz da tam məlumatlandırılmış olub və əslində, hərbçilərə danışmaq imkanı verməyib, daha çox özü danışıb və əsasən kimin, nəyin və necə məhv etdiyini söyləyib.

İkinci görüş zamanı onlar vəziyyətin tam nəzarət altında olduğuna dair əminliklə prezidenti sakitləşdirməyə çalışsalar da, Patruşevin çıxışından sonra Putin yenidən “göyə sovrulmuş” sursat anbarlarının vəziyyətini “linza effekti” ilə izah etmək istəyən Baş Qərargah və Müdafiə Nazirliyinin nümayəndələrinə hücum edib. Onun fikirləri sözün əsl mənasında belə səslənib: “Sizin “linza effekti” бл..ть, anbarları partladır. Bu, sadəcə zərbənin effektidir. Düzü bu olardı ki, siz mənə lənətə gəlmiş “...... effekti” barədə məlumat verərdiniz, бл..ть”.

Üçüncü və dördüncü görüşlər daha rahat bir atmosferdə keçib və Putin axşam hesabatını hərbçilərdən vəziyyətə tam nəzarət edildiyinə dair zəmanətlə qəbul edib. Prezidentin müşavirələri zamanı olan vəziyyət son dövrlərin ən gərgin vəziyyəti kimi qiymətləndirilə bilər. Axşam saatlarında növbətçi həkimlər Putinin yanına çağırılıblar və onlar prezidentlə iyirmi dəqiqəyə yaxın vaxt keçiriblər. Prezidentin yaxınları müşahidə ediblər ki, Putin son vaxtlar “həddən artıq əsəbiləşir” və bu, həm onun yaxınlarına, həm də ətrafına mənfi təsir göstərir.