vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
11:25 | 22 sentyabr 2022 | Cümə axşamı Məqaləyə 1920 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kremlin 300 minlik ümidi

Rusiyanın altına qoyulmuş bombanın fitili çəkildi

X.CƏFƏRLİ

Rusiya diktatoru Vladimir Putin Rusiyada qismən səfərbərlik elan etdi. Bu 1941-ci ildən sonra Rusiyada ilk dəfə olaraq elan olunan hərbi səfərbərlikdir. Müdafiə naziri Sergey Şoyqu 300 min ehtiyatda olan hərbçinin səfərbər ediləcəyini bildirib.

Putinin 20 il ərzində 1.1 trilyon dollar sərf edərək qurduğu və dünyanın ikinci ən güclü ordusu hesab olunan Rusiya ordusu yeddinci ayı tamam olmaqda olan müharibədə Ukraynaya qalib gələ bilmədi.  

NATO-ya qarşı müharibə üçün hazırlanmış, La-Manşa qədər gedib çıxacağı iddia olunan 1-ci Qvardiya Tank Ordusunu Ukrayna Silahlı Qüvvələri Xarkov ətrafında darmadağın etdi. Bu ordunun özəyini təşkil edən məşhur Kantemirov tank diviziyası və Tamansk qvardiya motoatıcı diviziyası Xarkov ətrafında ən azı 442 ədəd hərbi texnikasını ataraq qaçdılar.

Təkcə bu məqam məcburi şəkildə hərbi xidmətə çağırılan 300 min nəfərin Rusiyanın qalib gəlməsini təmin edə bilməyəcəyini söyləməyə imkan verir.

Putinin səfərbərliklə bağlı xalqa müraciətində Rusiyanın ərazi bütövlüyünə təhlükə yaranacağı halda nüvə silahından istifadə edəcəklərinə işarə etməsi də 300 min nəfərin səfərbərliyinə Kremlin də böyük ümidlər bağlanmadığını aydın göstərir.

Çünki, 50 yaşınadək kiçik zabitlərin, 55 yaşına qədər mayor və polkovnik-leytenantların, 3-cü dərəcəli kapitan və 2-ci rütbəli kapitanların, 60 yaşına qədər polkovnik və 1-ci dərəcəli kapitanların, 65 yaşından yuxarı generalların hərbi xidmətə çağırılacağını nəzərə alsaq, bu 300 minlik insan kütləsinin döyüş qabiliyyətinin nədən ibarət olacağını müəyyən etmək çətin deyil.

Bu 300 minlik çağırışçının döyüş qabiliyyətli ordu olmayacağını müəyyən etmək mümkün olduğu kimi, bu qədər mülki insanın məcburi şəkildə hərbi xidmətə çağrılmasının doğuracağı təsir Rusiya cəmiyyətini dağıdacaq ən güclü hadisədir. Qəti şəkildə əminəm ki, Putin hərbi səfərbərlik qərarı ilə Rusiya dövlətinin altına qoyulmuş bombanın fitilini çəkdi.

Dövləti çiynində saxlayan cəmiyyət dağılmadan dövlət dağılmaz. Putinin hərbi səfərbərlik qərarının doğuracağı nəticə Rusiya cəmiyyətini dağıdacaq. Bundan sonra isə dövlət çökəcək. Buna heç kimin şübhəsi olmasın.