Xaş-xaş suyu ilə yetişdirilən fəlakət
“İlahi, müqəddəs külək” və ölüm mələyi
Ş.CABBARLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
1 milyard dollarlılıq “kamikadze”
ABŞ ordusu 1 milyard dollar dəyərində PUA-nın tədarükü ilə bağlı müqavilə imzalayıb
-
Uşaqlar necə terrorçuya çevrilir?
Azyaşlı kamikadzelər və onları bu yola aparan səbəblər...
-
PKK-nın 3 şərti var
«Terrorla mübarizə qanunu ləğv olunmalıdır» tələbi absurddur
-
İslam aləmində ilk kamikadzelərə İsmailli təriqətinin hökm sürdüyü zamanlarda rast gəlinir. Onlara “Xaşxaşilər” deyilirdi. Rəhbərləri Həsən Səbbah qurbanlarına təlimlərdə xaş-xaş suyu içirib, onlara cənnət təsəvvürü verirdi.
Sui-qəsdçilərə aşılanırdı ki, günahsız insanları da özünlə birlikdə öldürsən, onların savabına sən də cənnətə düşəcəksən. Nə qədər çox insan ölərsə, bir o qədər çox “savab” qazanarsan.
Çünki onları bu pis dünyadan tez aparacaqsan, onlar günahlar etməkdən qurtulacaqlar. Ona görə də, “savablar” çoxalar.
İndi təriqətlər, inanclar, məqsədlər fərqli olsa da, mahiyyət etibarı ilə bu gün də eyni təlimlər verilir və kamikadzelər daha çox insan olan yerlərdə özlərini partladırlar.
Kamikadze sözü isə yapon sözüdür – “İlahi, müqəddəs külək” deməkdir. 1274-cü ildə Monqol ordusu qayıqlarla Yapon adalarına yan almaq istəyəndə, güclü tayfun küləyi onları batırmışdı. Yaponlar həmin fırtınaya “Kamikadze” adı verdilər.
1944-1945-ci illərdə isə yaponlar ABŞ donanmalarına qarşı xüsusi pilot dəstəsi hazırladılar və onlara “kamikadze” adı verdilər.
Həmin kamikadzelər – intiharçı pilotlar kimi idarə etdikləri qırıcıları ABŞ gəmilərinə çırpırdılar. Özləri də ölürdülər, təbii ki. Onlar bu işi çox böyük həvəslə və zövqlə edirdilər. Kamikadzelər çoxsaylı hərbi donanma gəmisini ABŞ radarlarına yaxalanmadan məhv etmişdilər.
Bu bəlalar bu gün də davam edir...