500 illik əsarət
Fransa hələ də 9 adanı müstəmləkədə saxlayır
Elçin MİRZƏBƏYLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Murdar ənənənin davamçısı
Filosof və səlibçi liderin yeni qlobal planları və BİZ...
-
Britaniya ilə Fransa arasındakı fərq
Rəsmi London müstəmləkəsindən niyə imtina edib?
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Makronu devirmək üçün ilk addım
Fransanın radikal solçuları hücuma keçib
-
Makrona bəd xəbər
İmpiçment qanun layihəsi parlament komissiyasında müzakirəyə çıxarılacaq
-
La-Manş boğazında faciələr bitmir
Qayığın batması nəticəsində 8 qanunsuz miqrant ölüb
-
“Fransa III Dünya müharibəsindən qorxur”
Rusiyanın nüvə silahını işə sala biləcəyini vurğulayan açıqlamaları Qərbdə narahatlıq yaradıb
-
...Filləri kəsib yeyəcəklər
26 ildən sonra ilk dəfə ...
-
Nəticələr açıqlandı
Əlcəzairdə prezident seçkilərinin qalibi 84,30 faiz səs toplayıb
-
“De minimis” istisnalar ləğv olunur
ABŞ administrasiyasından Çin e-ticarət platformalarına zərbə
-
BMT Təhlükəsizlik Şurasında islahat
Qurumun nizamnaməsində dəyişiklik gözlənilir, iki Afrika ölkəsinə vetosuz daimi üzvlük təklif ediləcək
-
MAQATE-də İran müzakirələri
Qərb Tehranın nüvə silahları əldə etməsinə mane olmaqda qərarlıdır
-
4 alpinistin cəsədi tapılıb
Mont Blan dağına qalxarkən itkin düşmüşdülər
-
Çinin Afrika resurslarına artan marağı
Pekin sənaye və təchizat zəncirlərinin sabitliyi üçün başqa qitəyə üz tutur
-
110 min nəfərlik etiraz yürüşü
Fransada Makron əleyhinə nümayişlər getdikcə kütləviləşir
-
Əlcəzairdə seçkinin qalibi bəlli olub
Əbdülməcid Tebbun 94,65 faiz səs toplayıb
Fransanın zülm və əsarət tarixi XVI əsrdən başlayır.
1541-43-cü illərdə fransızlar Lavrentiya hövzəsinin, 1589-99-cu illərdə Floridanın, 1555-60-cı illərdə Braziliyanın yerli sakinlərini kütləvi şəkildə qətlə yetirərək, həmin əraziləri qəsb ediblər.
XVII əsrin əvvəllərindən başlayaraq fransızlar Şimali Amerikanı işğal ediblər. 1663-cü ildə Kanada bütövlükdə Fransa səltənətinə daxil edilib. XVII əsrin 30-cu illərində Qvadelupa, Martinka və Haitinin bir hissəsi işğal edilib. Yerli əhalinin böyük əksəriyyəti qətlə yetirilib, Avropanın və Amerikanın qul bazarlarında satılıb.
Afrika da XVII əsrdən etibarən fransızların işğalına məruz qalıb. Yerli əhali zorla digər fransız kaloniyalarına köçürülüb və məcburi əməyə məruz qalıb.
XIX əsrin 30-cu illərində Fransa yenidən qəsbkarlıq siyasəti həyata keçirməyə başlayır. 1830-cu ildə Əlcəzairin işğalıyla nəticələnən döyüşlərdə onminlərlə əlcəzairli qətlə yetirilir. Fransızlar eyni qətliamları 1831-ci ildə Tunisdə, 1839-70-ci illərdə Qabonda, 1842-ci ildə Fil Dişi Sahilində, 1854-cü ildə Seneqalda həyata keçirirlər.
1842-ci ildə Sakit okeandakı Markiz adaları, 1867-ci ildə Cənubi Vyetnam (Koxinxin) 1863-cü ildə Kamboca, 1885-ci ildə Mərkəzi və Şimali Vyetnam, Madaqaskar adaları, 1880-90-cı illərdə Konqo, Nigeriya, Ubanqi, Şari, Çad gölü sahilləri, Sudan, Mərakeş işğal olunur.
1895-1904-cü illərdə Seneqal, Qvineya, Sudan və s. Qərbi Fransa Afrikası, Qabon, Orta Konqo, Ubanqi-Şari, Çad isə Ekvatorial Fransa Afrikası general-qubernatorluğu altında birləşdirilir.
Birinci dünya müharibəsi ərəfəsində Əlcəzair, Mərakeş, Tunis, Madaqaskar, Reyunon, Somali, Koxinxin, Kamboca, Annam, Tonkiy, Laos, Qvadelupa, Martinka, Qviana, Sen-Pyer, Mikelon, Polineziya, Yeni Kaledoniya, Yeni Qebrid adaları Fransanın nəzarətində idi.
Birinci dünya müharibəsindən sonra Fransaya məxsus qəsb edilmiş ərazilərə Toqo, Kamerun, Suriya və Livan da əlavə olundu.
1920-30-cu illərdə Suriya və Mərakeşdə başlayan milli azadlıq hərəkatları zamanı onminlərlə dinc insan fransız hərbi birləşmələri tərəfindən qətlə yetirildi.
İkinci dünya müharibəsindən sonra, 1954-cü ilə kimi Fransa koloniyalarının bir hissəsi öz müstəqilliklərini əldə etdilər. 1954-58-ci illərdə Əlcəzairin milli azadlıq hərəkatında 300 mindən artıq dinc sakin, o cümlədən qadın və uşaq qətlə yetirildi, Əlcəzair xalqına qarşı amansız soyqırım siyasəti həyata keçirildi. Bütün bunlara baxmayaraq, Əlcəzair öz müstəqilliyini əldə etdi. Daha sonra Kamerun, Toqo, Mali, Seneqal, Sudan, Madaqaskar, Benin, Nigeriya, Fil Dişi Sahili, Çad, Konqo, Qabon, Mavritaniya, Cibuti fransız zülmündən qurtuldu.
Amma hələ də Renyunon, Sen-Pyer, Mikelon, Yeni Kaledoniya, Polineziya, Uollis, Futuna, Mayotta və Yeni Qebrid adalarında yaşayan xalqlar hələ də “demokratik” Fransanın əsarətindədir.