vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 fevral 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AVROPA  
18:13 | 13 iyul 2024 | Şənbə Məqaləyə 288 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Belçikada həyəcan siqnalı

Hava limanı boşaldılıb

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Belçikanın Şarlerua hava limanının “şübhəli baqaj” səbəbindən boşaldıldığı bildirilib.

Belçikanın fransız dilli ictimai televiziyası RTBF, Brüsseldən təxminən 60 kilometr cənubda yerləşən Şarlerua hava limanındakı gediş zalının boşaldıldığını açıqlayıb.

Bildirilib ki, baqajın təsnifatı bölməsində “şübhəli baqaj” aşkar edildikdən sonra evakuasiya prosesi “sakit və tez” həyata keçirilib.

Milli mətbuatda yer alan xəbərlərə görə, Şarlerua hava limanının baş direktoru Filip Verdonk hava limanının boşaldıldığı barədə məlumatı təsdiqləyib. Polis itlərinin reaksiyası nəticəsində baqajın şübhəli olduğu bildirilib.

Hava limanında bütün uçuşlar dayandırılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişinlərin hava limanı qarşısında gözlədiyi anlar əks olunub.

Təxminən 1 saatlıq yoxlamadan sonra hava limanının yenidən açıldığı açıqlanıb.