Azyaşlılara belə təcavüzə edilir
15 aydır davam edən vətəndaş müharibəsində qan donduran hadisələr baş verir
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ölənlərin sayı 20 mini keçib
Müharibə nəticəsində Sudan səhiyyə infrastrukturun məhv olma təhlükəsi var
-
Aclıqla üzləşənlərin sayı 3 dəfəyə yaxın artıb
Ərzaq Böhranına Qarşı Qlobal Şəbəkənin qandonduran hesabatı
-
Sudanda sular durulmur
12 nəfər ölüb, 15 uşaq itkindir
-
Kremldən asılı daha bir müştəri
Rusiya Afrika qitəsinin kleptokrartik rejimlərinə niyə maraq göstərir?
-
«Hətta vizaları olsa belə, ...»
Tramp müsəlman miqrantlarla bağlı fərman imzalayacaq
-
Silah şirkətlərinə qadağa qoyulur
ABŞ-dan Rusiyaya növbəti sanksiya zərbəsi
-
Sudan parlamenti Xocalı soyqırımını tanıdı
XİN həftəni xoş xəbərlə başladı
-
İnancını dəyişdi...
... Ölüm hökmü kəsdilər
Human Rights Watch (HRW) təşkilatının bu gün dərc etdiyi hesabatda Sudan vətəndaş müharibəsində hər iki tərəfin qadınlara təcavüz etdiyi ortaya çıxıb.
Ailələri qarşısında və ya xəstəxanada cinsi təcavüzə məruz qalanların olduğunu bildirən ABŞ mərkəzli qeyri-hökumət təşkilatı qrup təcavüzündən sonra baş verən ölüm hadisələrini də açıqlayıb.
Yaşları 9-dan 60-a qədər olan ən azı 262 qurbanın həbs olunduğu və dəfələrlə zorlandığı bildirilir.
15 ay əvvəl Sudan ordusuna qarşı döyüşən hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (HDK) ölkə rəhbərliyi ilə bağladığı razılaşmanın dağılması ilə yenidən qarşıdurmalar başlayıb.
Müharibə səbəbiylə bölgəyə gedə bilməyən HRW nümayəndələri bu hesabatı səhiyyə və sosial işçi kimi vəzifələrdə sudanlı qadınlarla işləyən 42 nəfərdən aldıqları məlumatlarla hazırlayıblar.
HRW HDK-nın nəzarətində olan bölgələrdə baş verən hadisələrə diqqət yetirdiyini bildirsə də, hər iki tərəfin zorlamadan çəkinmədiyini vurğulayıb. Ordunun Omdurman şəhərində nəzarəti bərpa etməsindən sonra baş verən cinsi təcavüz hadisələri diqqət çəkib.
Hesabat boyu qeyd olunan hallar arasında aşağıdakılar var: Təcavüzə məruz qaldıqdan sonra sosial şəbəkədə kömək istəyən və sonra intihar edən qız, 4 qızı ilə öz evində dəfələrlə təcavüzə məruz qalan qadın, üç ailədən olan qadınların birlikdə zorlanması.
HRW həmçinin hər iki tərəfin hədə-qorxu ilə həkimləri, tibb bacılarını və təcili yardım işçilərini saxladığını bildirib. Hökumət qüvvələrinin HDK-nın nəzarətində olan yerlərə tibbi yardımın çatdırılmasının qarşısını aldığı vurğulanıb.
HDK yaraqlılarının cinsi təcavüzə məruz qalanlara kömək etməyə tələsən tibb işçilərinə təcavüz etdiyi bildirilib. Hesabatla bağlı açıqlama verən HDK rəsmisi, bacardıqları qədər bu cür hadisələrin qarşısını almağa çalışdıqlarını bildirib.
Sudan Xarici İşlər Nazirliyi administrasiyaya qarşı ittihamların faktları əks etdirmədiyini iddia edib. Onlar HDK ilə eyni kateqoriyaya salınmasına etirazlarını bildirib.
***
Sudanın o zamankı prezidenti Ömər əl-Bəşir Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən 2003-cü ildə Darfurda baş verən soyqırımda günahkar bilinib. 2019-cu ildə Bəşir dövrü gərgin etirazlarla başa çatdıqdan sonra yarı hərbi, yarı mülki hökumət quruldu, lakin dövlət çevrilişi edən iki general idarəetməni ələ keçirdi.
Sudan ordusunun lideri, hökuməti təhvil alan general Əbdülfəttah Burhan ilə HDK lideri general Məhəmməd Hamdan Daqalo arasında keçən ilin aprel ayında mübahisənin qızğın qarşıdurmaya çevrilməsi ilə yeni vətəndaş müharibəsi başlayıb.
Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda 23 milyon insanın kifayət qədər qidaya çıxışı olmadığını, 750 min insanın isə aclıq astanasında olduğunu bildirir.
Ötən həftə çıxış edən BMT-nin sözçüsü Stefan Dujarric, Sudan xalqının “ən pis ssenari” ilə üzləşdiyini söyləyib.
Dujarrik həmçinin Sudan humanitar yardım planı üçün hər il tələb olunan 2,7 milyard dolların yalnız 30 faizinin maliyyələşdirildiyini bildirib.
Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Gebreyesus da ölkədə hər 5 nəfərdən birinin fövqəladə səviyyədə qida çatışmazlığı yaşadığını vurğulayıb.
Şərqi Afrika ölkəsi Sudan əhalisi hökumət qüvvələri ilə HDK arasında 15 aydır davam edən qarşıdurmalar səbəbindən dünyanın ən böyük köçkünlük və aclıq böhranı ilə mübarizə aparır.
Münaqişələrdən birbaşa təsirlənən həyatını itirənlərin sayının 16 min olduğu təsbit edilsə də, səhiyyə sisteminin çökməsi səbəbindən real sayının daha çox olduğu düşünülür.
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2023-cü ilin aprelində Sudanda müharibə başlayandan bəri 7 milyon 720 min 119 nəfər məcburi köçkün vəziyyətinə düşüb.