vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
16:20 | 1 avqust 2024 | Cümə axşamı Məqaləyə 435 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Otaqda bomba olub

Haniyə öldürülməsi ilə bağlı inanılmaz iddia

CAVİD

“HƏMAS” terror təşkilatının liderlərindən İsmayıl Haniyənin Tehrandakı iqamətgahındakı müəmmalı ölümü ilə bağlı fərziyə və şayiələr durmadan artır. Onların sırasına daha ilginc bir iddia daha əlavə olunub.

ABŞ-ın “New York Times” qəzeti “HƏMAS” Siyasi Bürosunun sədri İsmayıl Haniyənin qaldığı evə aylar əvvəl gizli şəkildə qoyulan bombanın partladılması nəticəsində öldürüldüyünü iddia edib.

Qəzet Haniyənin qaldığı evdə baş verən partlayışla bağlı ikisi iranlı, biri amerikalı olmaqla bölgədən olan 7 fərqli məmura əsaslanaraq yeni bir iddianı gündəmə gətirib.

Haniyənin ölümünə səbəb olan bombanın təxminən 2 ay əvvəl gizli şəkildə SEPAH tərəfindən qorunan və yüksək səviyyəli qonaqların qəbul edildiyi iqamətgaha aparılaraq Haniyənin qaldığı otağa qoyulduğu iddia edilib. Tehranda olan Haniyənin gecə saat 02:00 radələrində otaqda olduğu təsdiqləndikdən sonra bombanın uzaqdan idarəetmə vasitəsi ilə işə salındığı bildirilib.

Sıx təhlükəsizlik tədbirləri altında saxlanılan binaya bombanın gizli yolu ilə necə gətirildiyi və həftələrlə orada necə görünmədən qaldığı açıqlanmayıb. Belə bir pozuntunun İran üçün kəşfiyyat və təhlükəsizlik baxımından “fəlakətli uğursuzluq” olduğu açıqlanıb.

Xəbərdə İsrailin sui-qəsdlə bağlı məsuliyyətini ictimaiyyətə açıqlamadığı, lakin İsrail kəşfiyyatının sui-qəsddən dərhal sonra əməliyyatın təfərrüatları barədə ABŞ və digər Qərb hökumətlərini məlumatlandırdığı bildirilib.

***

“HƏMAS” Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehranda olub. SEPAH iyulun 31-də səhər saatlarında verdiyi bəyanatda Həniyənin Tehrandakı iqamətgahına hücum edildiyini açıqlayıb.

İran və HƏMAS Hərəkatı sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməyib.

Haniyə 6 may 2017-ci ildə HƏMAS-ın Şura Şurası tərəfindən Xalid Məşəli əvəz edərək terror təşkilatının Siyasi Bürosunun rəhbəri seçilib.