
Bazarlıq baş tutmadı
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
ABŞ-ın Şimali Koreyaya qarşı müdafiəsinə inanmayan cənubi koreyalılar öz nüvə silahlarına sahib olmaq istəyirlər. “New York Times” (NYT) qəzetinin xəbərində yazılır ki, Vaşinqton onilliklər ərzində Cənubi Koreyaya verdiyi zəmanətə baxmayaraq Şimali Koreyanı nüvə silahı istehsal etməkdən çəkindirə bilməyib. Həmçinin qeyd edilir ki, Donald Trampın noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gəlməsi ehtimalı ABŞ-ın təmin etdiyi “nüvə çətiri” mühafizəsinin sona çatması ilə bağlı narahatlıqları artırır.
Seul administrasiyası rəsmi olaraq belə bir tələb irəli sürməsə də, Cənubi Koreyalıların əksəriyyətinin ölkənin özünü müdafiə edə biləcək nüvə silahı hazırlamasını istədiyi bildirilir.
Amerikanın “Gallup” sorğu şirkəti və “Chey” Qabaqcıl Tədqiqatlar İnstitutu tərəfindən fevral ayında dərc edilən araşdırma, Cənubi Koreyalıların təxminən 73 faizinin öz ölkələrinin nüvə silahına malik olması lazım olduğunu düşünür. 2022-ci ildə edilən sorğuda bu nisbət təxminən yüzdə 61 idi.
Cənubi Koreyanın nüvə silahı hazırlamalı olduğunu müdafiə edən analitiklərdən biri olan Çeong Şong-Çang, “Biz ABŞ prezidentinin öz xalqını qurban vermək bahasına müttəfiqini müdafiə etmək üçün nüvə silahından istifadə edəcəyini gözləyə bilmərik və gözləməməliyik. Biz öz istehsal etdiyimiz nüvə silahları ilə ölkəmizi müdafiə etməliyik”, – deyib.
Mümkün nüvə hücumlarına qarşı ABŞ-ın müdafiəsinə arxalanan Seul administrasiyası 1970-ci illərdə öz silah proqramına son qoyub. Vaşinqton administrasiyası Şimali Koreyanı nüvə silahı istehsal etməkdən çəkindirmək üçün 1991-ci ildə Cənubi Koreyaya yerləşdirdiyi nüvə silahlarını geri alıb.
Lakin Vaşinqtonun yürütdüyü siyasət uğurlu alınmayıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun iyun ayında dərc etdiyi məlumatlara görə, Pxenyan administrasiyasında istifadəyə hazır 50 nüvə başlığı var. Ölkənin daha 40 başlıq istehsal etmək üçün kifayət qədər gücü olduğu da düşünülür.