vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 22 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
DÜNYA  
12:11 | 19 avqust 2024 | Bazar ertəsi Məqaləyə 120 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Cybertruck” Rusiyaya necə gedib?

İlon Mask iddialarına aydınlıq gətirib

ELŞAD

“Tesla”nın sahibi İlon Maskın Rusiya Federasiyası Çeçenistan Muxtar Administrasiyasının prezidenti Ramazan Kadırova “Cybertruck” hədiyyə etməsi iddiasını rədd edib.

Mask “X” sosial media platformasında məsələ ilə bağlı onu tənqid edən amerikalı köşə yazarının yazısına cavab verib.

Şirkəti tərəfindən istehsal edilən avtomobili Çeçenistan liderinə hədiyyə etdiyi ilə bağlı iddiaları rədd edən Mask, “Rus generalına “Cybertruck” verdiyimi düşünəcək qədər ciddisinmizmi?” dedi.

Kadırov üzərinə quraşdırılmış avtomatla “Cybertruck” idarə edərkən çəkdiyi videonu “Telegram” səhifəsində paylaşıb. Yazıda maşının tezliklə hərbi bölgəyə göndəriləcəyini bildirən Kadırov Maska təşəkkür edib və onu Qroznı şəhərinə dəvət edib.

İdxal məhdudiyyətlərinin olduğu Rusiyaya “Cybertruck”un necə çatdığı hələlik məlum deyil.