Tramp NATO-dan narazıdır
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
23:54 | 3 sentyabr 2024 | Çərşənbə axşamı
Məqaləyə 492 dəfə baxılıb
Şriftin ölçüsü
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
İranda kimin hakimiyyətdə olacağı Vaşinqtonu maraqlandırmır – təki anlaşsınlar
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
Ölkənin küçələr zibil yığınları ilə dolub
Ümumi rəqəmlərə baxıldıqda Vaşinqtonun üstünlüyü hələ də qalır
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti
... Və ya klanların “taxt oyunları”
Venesuela prezidentinin verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü olub
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
ABŞ Ədliyyə Nazirliyi Nyu-York qubernatoru Keti Hoçulun keçmiş müşaviri Linda Sunun Çin hökuməti xeyrinə casusluqda ittiham olunduğunu açıqlayıb. Nazirlikdən verilən yazılı açıqlamada Sunun Çin hökuməti üçün çalışdığı bildirilib.
İttihamnamədə Sun Çin Xalq Respublikasının və Çin Kommunist Partiyasının məxfi agenti kimi fəaliyyət göstərməkdə, onların tələbi ilə siyasi fəaliyyətlə məşğul olmaqda, məsələn, “Tayvan hökuməti nümayəndələrinin Nyu-York əyalətinin yüksək vəzifəli şəxsləri ilə görüşməsinə icazə verməməkdə” və Çin hökumətinin gündəmini gizli şəkildə təbliğ etməkdə günahlandırlır”.
Sun həmçinin qubernatorluqda işlədiyi müddətdə adı açıqlanmayan yüksək səviyyəli siyasətçinin Nyu-Yorkdan Çinə səyahətini asanlaşdırmağa və Çindən gələn rəsmi nümayəndə heyətləri üçün Nyu-York hökumət rəsmiləri ilə görüşlər təşkil etməyə çalışdığı iddia edilir.
Açıqlamada Sunun əri Chris Hu-nun da mütəşəkkil cinayət, çirkli pulların yuyulması, bank fırıldaqçılığı və şəxsiyyət məlumatlarından sui-istifadə ittihamları ilə mühakimə olunacağı bildirilib.
Sun və əri Kris Hu bu gün səhər (sentyabrın 3-də) FTB tərəfindən Lonq Aylenddəki evlərində həbs olunub.
Hoçulun mətbuat katibi Avı Small, ittihamlarla bağlı CNN-ə verdiyi açıqlamada, “Bu şəxs on ildən çox əvvəl işə götürülüb. Biz qeyri-münasib davranış dəlilləri tapdıqdan sonra 2023-cü ilin mart ayında işini dayandırdıq. Hərəkətləri barədə dərhal hüquq-mühafizə orqanlarına bildirdik. Bu müddət ərzində səlahiyyətlilərə köməyimizi əsirgəmədik”, – deyib.