
İran-İsrail münaqişəsi nəyi göstərdi?
“Amerikalılar bombanın yaradılmaması üçün geri qayıdacaqlar”
“Amerikalılar bombanın yaradılmaması üçün geri qayıdacaqlar”
Almaniya hökumətinə sərt etiraz
“Qiymət məsələsi alman alıcıları üçün çox vacibdir”
Tramp İran duasında dəlik tapıb – “zor gücünə sülh doktrinası”
İsrailin Evin həbsxanasına hücumu nəticəsində 71 məhbus həlak olub
Yanğınsöndürənlərə silahlı hücum edən şəxslə bağlı maraqlı detallar məlum olub
ABŞ və İran “e-poçt” müharibəsi
Trampın timsah və pitonlarla dolu həbs adası açılır
İran danışıqlara qayıtmaq şərtini açıqladı
ABŞ-da “kompüter fermaları” quran fırıldaqçılar pulları Pxenyanın nəzarət etdiyi hesablara köçürüb
İsrail Baş naziri Trampla Qəzza və “İbrahim sazişi”ni müzakirə edəcək
“Onlara sadəcə məktub göndərəcəyik”
Trampın qoyduğu vaxtın bitməsinə 1 həftə qaldı
Döyüş təyyarələri Hind okeanında Dieqo Qarsiya adasındakı bazada hərəkətlilik
Birlik indiyə qədər Rusiyaya 17 paket tətbiq edib
İsrailin İrana hücumlarında 38 uşaq, 102 qadın dünyasını dəyişib
Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa siyasi baxımdan Avropada və dünyada bir dövrün bitmək üzrə olduğunu və dərin böhranla üzləşməli olacağını iddia edib.
Rebelo de Sousa Aveiro şəhərində keçirilən Milli Gənclər Yığıncağının bağlanışında etdiyi çıxışda gəncləri Avropa siyasi sistemlərinin yaşadığı dərin böhranla bağlı xəbərdar edib.
Portuqaliya Prezidenti, “ABŞ seçkilərindən sonra kimin qalib gəldiyindən asılı olmayaraq, fərqli bir dünya olacaq. Rusiyada və ya Cənubi Afrikada, Braziliyada, Türkiyədə yüksələn güclərin mövqeləri eyni olmayacaq. Hindistan da eyni olmayacaq. Biz yeni tarixi dövrün başlanğıcındayıq”, – deyib.
“Dünyada bir dönüş nöqtəsindəyik. Nə olacağını bilmirik. Bir il yarımdır ki, epidemiyanı idarə etməkdə və iqtisadi cəhətdən sağalmaqda çətinlik çəkən dünya Çindəki dəyişikliklərdən təsirlənir. Dünya yenə əvvəlki kimi olmayacaq”, – deyib.
Hər kəsin qeyri-müəyyənlik və gözlənilməzlik dövründə transformasiya və müharibələrin artdığını hiss etdiyini qeyd edən Portuqaliya Prezidenti, “Avropada, Afrikada, Yaxın Şərqdə və dünyanın hər yerində sülh üçün mübarizə aparmağa ehtiyac daha böyükdür”.
Rebelo de Sousa “Avropa siyasətində dərin böhranın açdığı boşluqların bəzilərinin populist yanaşmalar kimi qiymətləndirdiyi yeni hərəkatlara yol açıb. İndiyə qədər sistem İkinci Dünya Müharibəsindən sonrakı dövr üçün, Avropanın keçid dövrü üçün, 20-21-ci əsrlər üçün nəzərdə tutulmuşdu. Lakin rəqəmsallaşmaya, enerji dəyişikliyinə, elmi və texnoloji inkişafa, mobilliyə, gənclərin tələblərinə və yaşlanmaya uyğunlaşa bilmədik”.
“Avropa geridə qalıb. Avropanın zəngin olması müsbət amil olsa da, gənclərin üzləşdiyi problemləri pul həll etməyəcək. Avropa hələ də iqlim dəyişikliyi, miqrasiya və qaçqın axını ilə mübarizəyə rəhbərlik edir, lakin hər şeyə baxmayaraq, bunlarda da sürətini itirib. Avropadakı siyasi böhranı həll etmək üçün fasilələr baş verməlidir”, – Portuqaliya prezidenti deyib.