vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
19:41 | 8 sentyabr 2024 | Bazar Məqaləyə 206 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ölənlərin sayı 20 mini keçib

Müharibə nəticəsində Sudan səhiyyə infrastrukturun məhv olma təhlükəsi var

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Sudandakı müharibə nəticəsində həyatını itirənlərin sayı 20 mini keçib.

Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhanom Ghebreyesus, Sudanda təxminən 17 aydır davam edən müharibə nəticəsində həyatını itirənlərin sayının 20 mini keçdiyini bildirib. Qebreyesus bu sözləri Sudana səfəri zamanı Port Sudanda keçirdiyi mətbuat konfransında deyib.

Ölkə daxilində didərgin düşənlərin sayının 10 milyondan çox olduğunu bildirən Qebreyesus, 2 milyon insanın qonşu ölkələrə köçdüyünü bildirib. “Bu gün sudanlılar ardıcıl böhranlardan əziyyət çəkir, dünyada ən böyük köçkün dalğasıdır və aclıq təhlükəsi Sudan əhalisinin yarısı olan 25 milyondan çox insanı təhdid edir. Bununla belə, 14 milyon insanın təcili müdaxiləyə ehtiyacı var”, – Qebreyesus bildirib.

Təbii fəlakətlərin və epidemik xəstəliklərin yayılmasının, eləcə də müharibənin səhiyyə infrastrukturunun çökmə riskinə səbəb ola biləcəyinə diqqət çəkən Qebreyesus, səhiyyə xidmətlərinin yüzdə 70-nin əlil olduğunu və bu xidmətlərə çatmaqda çətinliklərin olduğunu bildirib.

DST-nin Baş Direktoru Qebreyesus Sudana ölkədə humanitar və sağlamlıqla bağlı problemlərin aradan qaldırılması üçün daha çox resursları səfərbər etmək lazım gəldiyini bildirib.

Beynəlxalq ictimaiyyəti və dünyanı “bu böhranda Sudana kömək etməyə” çağıran Qebreyesus, atəşkəs, səhiyyə müəssisələrinin və tibb işçilərinin qorunması və yardım paylanmasının davamlılığının zəruriliyini vurğulayıb.