vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BAZARLIQ  
08:42 | 9 aprel 2014 | Çərşənbə Məqaləyə 4499 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

GMO-lar tüğyan edir

Yerli istixanaların məhsulları bazarlarda xarici meyvə-tərəvəzlə rəqabətə girə bilmir

Fərahim İLQAROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda genetik modifikasiya olunmuş (GMO) məhsulların dövlət reyestrinə daxil olmasının qadağan olunmasına baxmayaraq insan orqanizmi üçün təhlükəli olan bu məhsullar bazarlarda açıq-aşkar satılır. Qeyd edək ki, baş nazir Artur Rasizadə ötən ay «Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə» qərarında dəyişikliklər edilməsi haqqında qərar verib.

Qərara edilən dəyişikliklər ölkəmizə genetik modifikasiya olunmuş məhsulların idxalının tam qadağan edilməsi ilə əlaqədardır. Bundan sonra respublikaya idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməlidir. 

Həmçinin «Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması qaydası»na da dəyişiklik edilib. Bundan sonra alıcıların seçim etmək hüququnu təmin etmək məqsədi ilə deyil, ümumiyyətlə, Azərbaycanda satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə olunmaması haqqında məlumatlar göstərilməlidir.

Genetik modifikasiya olunmuş məhsulların idxalının ötən aydan qadağan edilməsi «Vasmoy» bazarında çalışan meyvə-tərəvəz satıcılarına elə də təsir etməyib. Arzuman Hüseynov adlı satıcı deyir ki, satdıqları meyvə və tərəvəzlərin hamısı yerli məhsullardır: «Əvvəl «Vasmoy» bazarının bir hissəsində «İran bazarı» deyilən yer var idi. Orada İrandan və Türkiyədən gətirilmiş GMO-lu meyvə və tərəvəzlər satırdılar. Açığı deyim ki, o vaxt bizim alverimiz zəifləmişdi. Rayonlarda soyuducu anbarların tikilməsindən sonra «İran bazarı»ı bağlandı. Orda çalışanların çoxu «Meyvəli»yə üz tutdular».

Sübhan adlı satıcının sözlərinə görə, genetik modifikasiya olunmuş məhsulları ölkəmizə bir-iki məmur gətizdirir: «Onlar da öz aralarında şərt kəsiblər, bir-birilərinin bazarlarına girmirlər. Məsələn, portağalı biri, badımcanı digəri gətirir. Bazarda süni bahalaşma yaradıb, gətirdikləri məhsulu maya dəyərindən 2 qat bahasına əhaliyə satırlar».

Satıcının sözlərinə görə, bu il qış mövsümündə yerli istixanalarda yetişdirilən tərəvəzlərin bolluğu bazarlarda canlanma yaradıb: «Hər şey benzinin qiymətinin qaldırılmasına kimi yaxşı gedirdi. İstixanaların çoxunun yanacaqla işləməsi və nəqliyyatla daşınmanın baha başa gəlməsi yerli məhsulların bazarlardakı qiymətini artırdı. İndi GMO-lu məhsullar yenidən bazara ayaq açıb. 

Yerli istixanalarda yetişdirilən məhsullar xaricdən gətirilən genetik modifikasiya olunmuş meyvə-tərəvəzlə rəqabətdə girə bilmir. Rayonlardakı soyuducu anbarlarda saxlanılan məhsullar isə keyfiyyətini itirdiyindən onları alan olmur».

Kartofa əqrəb, pomidora isə balıq geni vururlar Ekspertlər hesab edir ki, hazırda əhalinin ən çox istifadə etdiyi transgen məhsullar ət məhsulları, kolbasa və sosiskalar, dondurmalar, makaron məmulatları, meyvə-tərəvəzlər, bəzi növ uşaq qidalarıdır. Alimlərin araşdırmasına görə, kartoflara soyuğa və xəstəliyə davamlı olması üçün əqrəb və ya qargülü geni vururlar. Artıq bütün dünyada kartoflara onlarla yad genin köçürülməsi təcrübəsi var. Bəzi növ pomidorlara və çiyələklərə isə soyuğa və şaxtaya davamlı olması üçün balıq geni vurulur. 

Düyünü daha qidalı etmək üçün ona ana südünün daşıyıcısı olan insan geni vururlar. Həkimlər hesab edir ki, bu məhsullar xüsusən də uşaqlarda mədə-bağırsaq xəstəlikləri, böyüklərdə isə immun sisteminin zəifləməsinə gətirib çıxarır. 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova görə isə Azərbaycanda kifayət qədər genetik modifikasiya olunmuş (GMO) orqanizmlərdən ibarət olan ərzaq malları nəinki satılır, hətta əkinçiliyə tətbiq olunur. Onun sözlərinə görə, AİB-in apardığı tədqiqatlar zamanı Azərbaycanda satılan kartofların, günəbaxanların, pomidorların, qarpızların demək olar ki, böyük bir hissəsinin GMO məhsulları olduğu aşkarlanıb: «Hətta quş yemlərinin tərkibində soya jımıxı olduğu müəyyən edilib. Hansı ki dünyada soyaların 98%-inin geni dəyişdirilib. Bu o deməkdir ki, Azərbaycan istehlakçıları GMO ilə qidalanan quş əti istehlak edir».

AİB sədri, rəhbəri olduğu təşkilatın bir neçə gün öncə dövlət orqanlarına və qeyri-dövlət qurumlarına, o cümlədən Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə, Səhiyyə Nazirliyinə, Gömrük Komitəsinə və digər orqanlara mövzu ilə bağlı rəsmi məktublar göndərdiyini bildirib. («Yeni Müsavat»)