
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Polşada həyəcan, uçuşlar dayandırıldı
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı müharibəyə son qoymaq üçün telefon danışığı ilə ABŞ-Avropa münasibətlərində yeni dövr başlayıb.
Tramp dünən Putinlə telefon danışığından sonra verdiyi açıqlamada Ukraynadakı müharibəni bitirmək üçün danışıqlara başlamaq barədə razılığa gəldiklərini bildirib. Kreml də görüşün 1,5 saat davam etdiyini və iki liderin əlaqə saxlamaq qərarına gəldiyini bildirib.
Putindən sonra Tramp Ukrayna lideri Vladimir Zelenski ilə də görüşüb. Respublikaçı lider deyib ki, Zelenski də Putin kimi sülh istəyir. Zelenski ABŞ-la birgə addımlar atmağa hazır olduqlarını da bildirib.
CNN-in təhlilində Trampın telefon danışığı vasitəsilə Qərbdə təcrid olunmuş Putini yenidən qəbul etdiyi və bundan sonra ABŞ-Avropa münasibətlərinin artıq əvvəlki kimi olmayacağı bildirilir.
Tramp həmçinin öz bəyanatında Ukraynanın NATO-ya üzvlüyünün “mümkün olmadığını” bildirib. Təhlil göstərir ki, ABŞ-NATO münasibətləri Trampın xarici siyasətə qarşı “Öncə Amerika” mövqeyi ilə də köklü şəkildə dəyişə bilər: “Amerika prezidentləri və Avropa liderləri NATO-nu XXI əsrə hazırlaya bilməyiblər. Geriyə baxanda, transatlantik alyans 19-cu əsrdən bəri ən millətçi Amerika prezidenti qarşısında çox zəif idi”.
Hollandiyada yerləşən “CogitoPraxis” strateji məsləhətçi şirkətinin baş direktoru Nikolas Dunqan baş verənləri şərh edib: “Trampın gündəliyi Avropanın təhlükəsizliyi deyil, lakin o hesab edir ki, ABŞ Avropanın təhlükəsizliyinə pul xərcləməməlidir. Bu, transatlantik münasibətlərdə deyil, liberal beynəlxalq nizamın institusional strukturlarını əvəz edən qlobal böyük dövlət münasibətlərində yeni dövrdür”.
Digər tərəfdən, Çin də Ukraynada sülhü təmin etmək üçün addım atdı. “Wall Street Journal”a (WSJ) adının çəkilməsini istəməyən mənbələr bildiriblər ki, Pekin son həftələr Tramp və Putin arasında görüşlərin təşkili üçün Vaşinqtona təkliflər göndərib.
Bununla belə, Vaşinqtonun “Rusiyaya yaxınlığı” səbəbindən Çinin təklifindən uzaq durduğu bildirilir. İddia olunur ki, Pekinin danışıqlar planlarına yəqin ki, Ukrayna da daxil olmayacaq.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bu gün verdiyi açıqlamada, “Biz siyasi həll üçün bütün tərəflərlə ünsiyyətdə konstruktiv rol oynamağa hazırıq”, – dedi.
Təhlil həmçinin şərh edir ki, Pekinin təklifi Çin lideri Si Cinpinin ABŞ-ın genişmiqyaslı iqtisadi hücumlarının qarşısını almaq üçün Trampla danışıqlar aparmaq istəyini nümayiş etdirir. Bununla belə, o da qeyd olunur ki, Çin Ukrayna müharibəsini bitirmək üçün verilən heç bir dəstəyin Rusiya ilə yaxın münasibətlərini təhlükəyə atmasına imkan verməyəcək.