

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Son bir həftədə 4 trilyon dollar itki var
ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
Rus casusların agentlər hədəfdə olan jurnalist İŞİD üzvü kamikadzedən istifadə etmək istəyib
AB-nin mümkün strateji muxtariyyətində Cənubi Qafqazın yeri
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Rusiyanın işğalçı müharibəsində həlak olan rus əsgərlərinin analarına “ətçəkən maşın” hədiyyə edilib
Trampın nifrət etdiyi proqnozlar
Rusiya İngiltərə səfirliyinin iki əməkdaşını deportasiya edəcək
ABŞ Prezidenti Donald Tramp çoxsaylı təkliflərinə birini də əlavə edib. O Rusiya və Çinə hərbi büdcələrinin 50 faiz azaltmağı təklif edib. Ağ Ev sahibi bununla bağlı beynəlxalq konfrans keçirməyə hazır olduğunu bildirib. Tramp bundan başqa Moskva Pekinə hərbi arsenallarını azaltmağı da təklif edib.
Donald Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin onun bu təklifini bəyəniblər. Halbuki, Putin və Cinpin Trampın təklifini bəyəndiyinə dair açıqlama verməyiblər. Bu indiki şərtlər altında mümkün də deyil. Əksinə, Rusiya və Çin hərbi büdcələrini ildən-ilə artırırlar. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə görə hərbi xərclərini daha da artırıb, hərbi-sənaye kompleksinə yeni sifarişlər verib, Çin isə Hind və Sakit Okean bölgəsində hərbi gəmilərinin sayını artırıb. Putin və Cinpin yalnız o şərtlə Trampın təklifin qəbul edə bilərlər ki, ABŞ-la yanaşı Vaşinqtonun müttəfiqləri də hərbi büdcələrini azaltsınlar. Digər tərəfdən ABŞ tərəfdaşları olan Hindistan, Avstraliya və Yaponiya ilə birgə QUAD təşkilatını gücləndirib. Bu təşkilat çərçivəsində 4 ölkə arasında hərbi əməkdaşlıq genişlənib, bölgədə birgə hərbi təlimlər keçirilir. Pekin QUAD təşkilatını Çin üçün təhlükə kimi qiymətləndirir. Aydındır ki, Pekin Vaşinqtondan QUAD təşkilatının buraxılmasını tələb etsə, Donald Tramp Çin hakimiyyətinin bu istəyini yerinə yetirməyəcək. Misal üçün bir neçə gün əvvəl Çinin qırıcı təyyarələri Cənubi Çin dənizinin hava sahəsində Avstraliyanın təyyarəsinə yaxın məsafədə uçuşlar həyata keçirib. Avstraliyanın müdafiə naziri Riçard Marles mövcud vəziyyətdən narahatlığını bildirib. Çin Xarici İşlər Nazirliyi isə əksinə Avstraliya təyyarəsini Çinin hava məkanına “qəsdən müdaxilə etməkdə” və milli təhlükəsizliyini “təhdiddə” ittiham edib. Belə vəziyyətdə Çinin hərbi büdcəsini azaldacağını gözləmək mümkün deyil.
Tramp telefonla Vladimir Putin və Si Cinpinlə ayrılıqda danışsa da, Moskva və Pekinin Ağ Ev sahibinə etibarı yoxdur. Təsadüfi deyil ki, Rusiya Senatının üzvü, Kremlə yaxınlığı ilə bilinən Aleksey Puşkov Donald Trampın Rusiya ilə Çin arasında ittifaqı pozmağa çalışdığını bildirib. Puşkov bunu ona görə deyib ki, Tramp Rusiyanı “böyük səkkizlərin” (G8) sırasına qaytarmaq istəyir. Tramp həqiqətən vaxtilə Rusiyanın “böyük səkkizlərdən” çıxarılmasını səhv qərar olaraq adlandırıb. Həmin qrupda Çin yoxdur. Buna görə də Puşkov hesab edir ki, Tramp Rusiyanı Çindən uzaqlaşdırmaq istəyir. Məntiq ondan ibarətdir ki, Rusiya-Çin ittifaqı həqiqətən ABŞ üçün təhlükə mənbəyidir. Vaşinqton bunlardan birini mümkün qədər öz tərəfinə çəkməyə çalışmalıdır. Donald Tramp Rusiyanı seçib. Onun rəqibi Çindir.