
Cəsədlər üzərindən keçən parad ...
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Ukrayna Moskvaya pilotsuz təyyarələrlə hücum edib
Rusiyanın ağır itki statistikası 260,700 hərbçiyə qədər artıra bilər
“Ümid edirəm ki, bundan istifadə etməyə ehtiyac qalmayacaq”
Vaşinqton təbii ehtiyatlara çıxışı Avropanın təhlükəsizliyindəki dominantlığı kimi baxır
Putinin dəyişəməyən mövqeyini bəzi respublikaçılar təkrar gördü
Rus dilini bilən Culi Deyvisin SSRİ təcrübəsi var
ABŞ prezidenti “Müharibəyə bir günə son qoyacağam” demişdi
“Dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik”
Rusiya istəklərini əldə etmədən uzun müddətli atəşkəsə razılaşmır
ABŞ mətbuatı sazişi Ukraynanın qələbəsi adlandırır
“ABŞ azad, suveren və firavan Ukraynaya əsaslanan sülh prosesinə sadiqdir”
Almaniyanın keçmiş prezidenti tənqid etdi: “Məni narahat edən əqli zəifliyimizdir”
“Rusiya Ukraynadakı məqsədlərindən əl çəkməyəcək”
Ukrayna kəşfiyyatının sifarişi ilə Rusiya hərbi məktəbinə zəhərli tort göndərən şəxsə hökm oxundu
1960-ci il, BMT-nin Baş Qərargahı, Nyu-York. Sovet İttifaqı KP-nin Baş katibi Nikita Xruşşovun BMT Baş Assambleyasında çıxışı ərəfəsində ukraynalı mühacirlər etiraz aksiyası keçirirlər...
Bu gün "Qərb və Amerika Ukraynanı tələyə saldı, aldatdı" demək doğru yanaşma deyil, məncə. Ukraynalılar tarix boyu azadlıq uğrunda, torpaqlarının bütünlüyü uğrunda irili-xırdalı savaşlar vermiş, qan tökmüşlər. Tarixləri də çox qədimdir. Slavyan tarixinə, mədəniyyətinə böyük töhfələr vermiş bir xalqdır.
“Ukraynanı Lenin yaratdı” fikri isə cəfəngiyatdır. 9-cu əsrdə yaranmış “Kiev Rusu” (Киевская Русь, Древнерусское госуда́рство və ya Дрeвняя Русь) dövlətini açıq-aşkar inkar etməkdir.
İndiki yaranmış vəziyyətdə günahkar axtarmaq yerinə Ukrayna tarixinə qısaca nəzər yetirmək kafidir ki, onların bu addımı bilərək atdığını anlayaq. Məncə, azadlıq istəmək, ona can atmaq ülvi bir hisdir, müqəddəsdir. Və Ukrayna o dadı, o təsviredilməz ləzzəti ehtiraslı bir şəkildə arzu edirdi.
Müxtəlif versiyalar söyləyə bilərsiniz, çeşidli ssenarilər irəli sürə bilərsiniz – onlara etiraz etməyəcəm. Ancaq milli hisslərin şahlanmasına heç bir vəchlə ağız büzmək, onların Vətən sevgisi ilə alay etmək zənnimcə, bizə yaraşmaz.
Və nəhayət, bütün dünyaya Rusiya televiziya kanallarının dar ekranından baxaraq ehkam kəsmək isə xüsusilə yolverilməz, qəbul edilməzdir.
Gəlin, unutmayaq.
Unutmayaq ki, 1918-də Cümhuriyyətimizi ilk tanıyan ölkələrdən biri Ukraynadır.
Unutmayaq ki, 44 günlük müharibədə bizi açıq-aşkar dəstəkləyən az sayda ölkələrdən biri idi Ukrayna.
Ukraynanın alın yazısıdır bu.
Və Ukrayna xalqı mütləq şərə qalib gələcək!
***
Donald Trampın yeni reytinqləri gəldi. Amerikalıların 44 faizi onun fəaliyyətindən razıdır, 51 faizi isə yox. Onun iqtisadi sahədə etdiklərini isə yalnız 39 faiz bəyənir.
Putinin “dostunun” reytinqi nəsə çox tez düşdü. Tanıyanlar bilirlər ki, Tramp indi tez-tələsik günahkar axtaracaq.
“Günah keçisi” üçün ən yaxşı namizəd ehtimal ki, İlon Mask olacaq. Həm vəzifəsi də formaldır, bu vəzifə üçün Konqresin təsdiqinə də ehtiyac yoxdur. Görünür, Maks həqiqətən də Trampın yaxın ətrafını bezdirib, Ağ Evin çalışanları onu sevmirlər...
Tramp əvvəlki prezidentlik dönəmində səlahiyyət müddətinin 2/3-nü qolf olmağa sərf eləmişdi. Deyəsən, bu dəfə də belə olacaq…
Böyük Britaniyadan IBIF-in araşdırmasına görə isə ukraynalıların 63% faizi Vladimir Zelenskinin fəaliyyətini bəyənir…
44 faizli rus sevdalısı 63 faizli rusların düşməninə “Səni Ukrayna xalqının 4 faizi dəstəkləyir” deyərək yalan danışır…