vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
11:54 | 23 fevral 2025 | Bazar Məqaləyə 131 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İmperiya simvollarından xilas

Azərbaycanda ideoloji siyasətin önü açılmalıdır

Natiq CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən-bu gün sosial şəbəkələrdə, əsasən də “İnstagram”da reklam xarakterli “23 fevral – kişilər bayramı” kimi yazılar, çağırışlar gördüm. Bəzi restoranlar, mağazalar bu “özəl günü” qeyd etmək üçün reklamlar yerləşdiriblər.

Açığı, çox acığıma gəldi, uzun illərdir ki, Rusiya İmperiyası simvolları ilə beyinləri yuyur, “rus dünyasını” simvollarla yayır, Azərbaycanda belə simvolizmin yayılması qəbuledilməzdir.

Azərbaycan üçün “23 fevral” günü 20 Yanvar 1990-cı ildə “ölüb”, həmin günün tarixi “qırxını” 26 Fevral 1992-ci ildə Xocalıda, bu günün “ilini” isə birdəfəlik 2024-cü ildə, “rusməramlıları” ölkəmizdən yola salanda vermişik.

İstənilən ölkənin suverenliyi bir tək qorunan sərhədləri, ərazi bütövlüyü, Ordusu, milli valyutası, təhlükəsizlik orqanları, iqtisadiyyatı ilə bərqərar olmur, həm də ideoloji təməllər üzərinə inşa edilir. Bu mənada yad ellərdən gələn simvolizm çox təhlükəlidir, qarşısını tək inzibati qadağalarla deyil, həm də ictimai müzakirələr, beyinlərə oturmuş dəyərlərlə almaq mümkündür.

Azərbaycanda ideologiya ən zəif nöqtələrdən biridir, çünki, siyasi sistemin özü, partiyaların ideoloji təməli, istiqaməti bəlli deyil. “Azərbaycançılıq” (mənim anlamımda bu, “hər şeyin yaxşısı Azərbaycan vətəndaşı üçün”, deməkdir) təkcə ideologiya ola bilməz. Bu hamımızın bölüşdüyü dəyərdir, məqsəddir, amaldır, ideologiya isə bu məqsədə gedən müxtəlif yollar haqqında olmalıdır.

Bir neçə gün əvvəl yazmışdım, bir daha təkrar edim – son 35 ildə ilk dəfədir ki, dünyada yenidən ideoloji baxış, dəyərlər sistemi önə çıxıb, ölkələr, xalqlar, toplumlar, partiyalar, iqtidarlar “coğrafi” deyil də, ideoloji olaraq tanımlanmağa başlayırlar. Son 35 ildə Dünya “psevdo-liberal və ifrat sol” dalğasında idi, bu dalğa senzura gətirdi, ifrat tənzimləməni önə çəkdi, insan haqq və azadlıqlarını malipulyativ alətə çevirdi. İndi yeni trend başlayır. Ölkələr və iqtidarlar, siyasi partiyalar artıq “coğrafi azarkeş” olmaqdan çıxıb öz dəyərlər kompleksini yaradaraq irəli getməyə çalışırlar. Bu yeni paradiqmada kiçik ölkələr artıq “coğrafi balans” əvəzinə, siyasi duruş göstərməlidirlər. Yəni, sözün qısası, “Qərbpərəst”, “Rusiyapərəst”, “Çinpərəst”, daha nə bilim nə pərəst artıq keçərli deyil, işləmir. İndi ideoloji olaraq “sağ” və ya “sol” daha önəmli hala gəlir, koalisiyalar belə qurulur-qurulacaq.

Azərbaycanda siyasi partiyaların əksəriyyəti kağız üzərində “sağ-sağ mərkəzdir”, amma ritorikaları tezisləri qarmaqarışıqdır – partiya sədri var ki, özünü müxalifət sayır, gün başlayanda deyir maaşları artırın, günün sonun isə söyləyir ki, vergiləri azaldın. Belə yanaşma “siyasi intihardır”, bunu anlamaq lazımdır, düşük populizmi siyasətin kənarına itələmək zamanı çatıb...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)