vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
OLAY  
10:21 | 16 aprel 2014 | Çərşənbə Məqaləyə 2715 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əsgər özünü güllələyib

Hadisə silahla davranışda ehtiyatsızlıqdan baş verib

MÖVZU İLƏ ƏLAQƏLİ

Naxçıvanda Azərbaycan ordusunun əsgəri özünü güllələyib. «Trend»in məlumatına görə, Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissədə əsgər Cəlilov Kamran Rüstəm oğlu avtomat silahla özünü güllələyib. Ağır yaralanan əsgər təcili hərbi hospitala yerləşdirilib. Əsgərin vəziyyətinin ağır olduğu bildirilir.

Faktı «Trend»ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər. Bildirilib ki, hadisə əsgər Kamran Cəlilovun silahla davranışı zamanı təhlükəsizlik qaydalarını pozması nəticəsində baş verib.

Faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, əsgər K.Cəlilov Lənkəran rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.