vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SƏHİYYƏ, ORDU  
21:03 | 26 iyun 2014 | Cümə axşamı Məqaləyə 3323 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Biganə yanaşırlar»

«Vasitəçilər daha çox müharibənin olmamasına səy göstərirlər»

MÖVZU İLƏ ƏLAQƏLİ

APA-nın məlumatına görə, bunu iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin hissələrinin birgə əməliyyat-taktiki təlimlərini izlədikdən sonra hərbçilər qarşısında çıxışı zamanı Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev deyib.


Ali Baş Komandan torpaqların hələ də işğal altında olduğunu qeyd edərək, Azərbaycan xalqının bu işğaldan əziyyət çəkdiyini vurğulayıb: «Uzun illərdir münaqişə öz həllini tapmır. Beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilmir. Bizə qarşı ikili standartlar siyasəti aparılır. Dəfələrlə bu barədə fikirlərimi müxtəlif kürsülərdən ifadə etmişəm. Bu gün də demək istəyirəm ki, bizə qarşı göstərilən ədalətsizlik qəbuledilməzdir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var ki, erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Üstündən 20 il keçib. Onların heç biri icra edilmir. Beynəlxalq ictimaiyyət buna biganə yanaşır».

«Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər, ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həllindən daha çox qarşılıqlı etimad tədbirlərinin gücləndirilməsi ilə məşğuldur. Qarşılıqlı etimad tədbirlərinin içərisində birinci tədbir erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasıdır və danışıqlar mahiyyət üzrə aparılmalıdır. Əfsuslar olsun ki, vasitəçilər danışıqlarda ədalətin bərpa edilməsinə deyil, daha çox müharibənin olmaması ilə bağlı səy göstərirlər. Belə olan halda Azərbaycan ordu quruculuğuna daha da böyük diqqət göstərir, göstərəcək və danışıqlar nəticə verməsə, bizim başqa yolumuz qalmayacaq», deyə prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı Azərbaycanın müharibə istəmədiyini, məsələnin sülh yolu ilə həll edilməsinə çalışdığını qeyd edib: «Ancaq görürük ki, iyirmi il ərzində bu məsələ öz həllini tapmır. Bu məsələni dondurulmuş vəziyyətdə saxlamaq istəyən qüvvələr, əfsuslar olsun ki, öz niyyətlərinə, öz məqsədlərinə nail olurlar. Biz isə bu vəziyyətlə barışmaq istəmirik və barışmayacağıq. Biz sülh istəyirik. Amma, eyni zamanda, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını istəyirik. Bizim tələbimiz əsaslıdır. Bizim tələbimiz tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır.

Azərbaycan xalqı Dağlıq Qarabağda və bu gün işğal altında olan digər yerlərdə memarlıq əsərləri yaratmışdır. Binalar, şəhərlər salmışdır, infrastruktur yaratmışdır. Dağlıq Qarabağda bütün yer adları, kəndlərin adları Azərbaycan mənşəli adlardır. Bu, bizim əzəli torpağımızdır. Bu, həmişə belə olub, bu gün belədir və sabah da belə olacaq. Beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Heç kim heç vaxt qondarma «Dağlıq Qarabağ respublikası»nı tanımayacaq və Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Bu, bizim prinsipial mövqeyimizdir. Biz bu mövqedən bir addım kənara çəkilməyəcəyik», deyə prezident qeyd edib.