vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
FESTİVAL  
23:45 | 26 iyul 2014 | Şənbə Məqaləyə 4633 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«... Səni kim unudar?»

Qəbələdə 5 metrlik tar təqdim olundu

MÖVZU İLƏ ƏLAQƏLİ

Qəbələdə musiqi bayramı ab-havası hökm sürür. Bu gün də davam edən VI musiqi festivalının rəsmi simvolu dəyişib. Bununla da indiyə qədər ən böyük musiqi aləti hesab olunan ağ royalın rekordu dəyişilib. 5 metr hündürlüyündə olan yeni böyük alət tar təqdim olunub.

Məlumata görə, VI Qəbələ Musiqi Festivalı nəinki musiqiləri, hətta tərtibatda olan bir sıra yenilikləri ilə də yadda qaldı.

Təşkilatçılar əsas konsertlərin keçirildiyi məkanda xüsusi bayram ab-havası yaratmışdı. Güllərlə bəzədilməklə xüsusi qablarında hazırlanan təqvim tablosu hər gün elektron sayağı dəyişilərək qonaqlara festival proqramının dəqiq gününü xatırladır.

Ən maraqlısı isə VI festival üçün xüsusi musiqi alətlərinin hazırlanması idi. Qəbələdə hazırlanan ağ mərmər royal isə VI festivala kimi ən böyük musiqi aləti hesab olunurdu. Lakin bu möhtəşəm musiqi bayramına Qəbələ ustalarının milli musiqi aləti olan 5 metr hündürlüyü, 2 metrə yaxın eni olan möhtəşəm tar ağ royalın rekordunu yenilədi. Qəbələnin tanınmış məhsulu olan təmizlənmiş və qabıqlı fındıq dənələrindən hazırlanan tar festivalın bu ilki qeyri rəsmi simvoluna çevrildi.

Təşkilatçı Elbrus Özgel deyir ki, tar 10 gün ərzində hazırlanıb: «Ümumi çəkisi 200 kq olan tarın hazırlanmasında 76 min ədəd Qəbələdə yetişən fındıqdan istifadə olunub. Bu festival başa çatandan sonra bu möhtəşəm musiqi aləti Bakıda Qız qalasına veriləcək». 

Festivala bəstəkar Cövdət Hacıyevin oğlu, Kanadada yaşayan tanınmış musiqiçi İsmayıl Hacıyev də qatılmışdı.

Musiqiçi İsmayıl Hacıyev deyib: «Azərbaycan musiqisini çalışıram ki, bütün dünyada təbliğ edəm. Azərbaycan musiqisi doğrudan da Şərqi və Qərbi birləşdirir. O güc onda var. Üzeyir Hacıbəyov dühası, muğam ən yüksək səviyyədə buna qadirdir».

Qeyd edək ki, festival öz işini daha bir neçə gün davam etdirəcək (ANS).