vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
KİNO-TEATR  
11:17 | 9 avqust 2014 | Şənbə Məqaləyə 3822 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hamısından narazıyam!»

Tanınmışların Qarabağ mövzusunda çəkilən filmlər haqda rəyləri

Elmin NURİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Qarabağ mövzusunda filmlərin adını çəkəndə təəssüf ki, ancaq «Fəryad» «Xoca» və «Dolu»nun adı çəkilir. «Arxada qalmış gələcək», «Sarı gəlin», «Qala», «Yalan», «Ümid» və s. tamaşaçı kütləsinə geniş məlum deyil. Modern.az saytı kino və ədəbiyyat adamları arasında keçirdiyi sorğuda sözügedən kinoəsərlərin keyfiyyət səciyyəsini öyrənməyə çalışıb:

Aygün Aslanlı (kinoşünas): «Qarabağ haqqında çəkilən filmlərin keyfiyyətini hələlik bir kənara qoyaq. Əsas məsələ çəkilən filmlərin yetəri qədər tanıdılmasıdır. Qarabağ haqqında çəkilən elə filmlər var ki, onlar yalnız bir-iki dəfə televiziyada göstərilib. Kinoteatrlarda da belə filmlər göstərilməlidir. Daha sonra omların tənqidinin müzakirəsi əslində o filmlərin varlığını göstərmiş olacaq. Di gəl ki, televiziyada bir iki dəfə göstərilən filmlər sonradan nümayiş olunmur. O ki qaldı keyfiyyətə. Xeyr, keyfiyyət məni qane etmir. Yavər Rzayevin «Sarı gəlin» filmi keyfiyyət baxımından qaneedicidir. Başqa filmlərin keyfiyyəti isə məni qane etmir. Bilirsiniz, müharibə haqqında film çəkmək çox çətin məsələdir. Bunun üçün xüsusi hazırlıq lazımdır. «Dur gedək Qarabağı alaq» tipində filmlər xüsusilə inandırıcı olmalıdır. Elə inandırıcı olmalıdır ki, ona baxan tamaşaçı onun yaşantısını yaşamalıdır və o da döyüşə gedəcək qədər təsirlənməlidir. Daha filmə baxıb deməməlidir ki, bunların danışığına bax e, heç müharibədə adamlar bir-biriləri ilə belə danışmırlar. Azərbaycanda müharibə  görmüş adamlar çoxdur, onlar filmdə mütləq qüsur tapacaqlar. Odur ki, filmin dramaturgiyası maksimum dərəcədə düzgün işlənilməlidir. Amma Qarabağ haqqında müharibəsiz də film çəkmək olar. Məsələn, sonuncu «Nabat» filmində müharibə yoxdur. Bir insanın yaşantıları, faciələri elə müharibəyə verilən ən böyük qiymətdir».

Rövşən Almuradlı (rejissor): «Film elə bir sahədir ki, o get-gedə artan inkişafa bağlıdır. Yəni təcrübələrin və görülən işlərin hesabına film də get-gedə inkişaf edir. Amma bir il film çəkib, beş il çəkməyəndə hansı inkişafdan hansı keyfiyyətdən söhbət gedə bilər? Bu bir rejissor üçün əzab deməkdir. Bu gün bütün rejissorlarımız bu əzabı çəkir. Kino həm də pul, biznes deməkdir. Yaxşı kino üçün  yaxşı pul xərclənməlidir. Amma bizdə filmlər şəraitsiz yerlərdə çəkilir. Görürsən ki, gah bu avadanlıq çatışmır, gah o. Əgər rejissor bu şəraitsizlikdə ortaya film qoyursa, bu onun ancaq ürək xəstəliyinin, əsəb pozuntusunun, stressin hesabına başa gəlir. Filə pul ayılsa, biz yaxşı nümunələr ortaya qoya bilərik. Qarabağ mövzusunda çəkilən filmlərə də bu aiddir. Xaricdə filmin kompüter qrafikasının bir saniyəsi 500 dollardır. Hesablayaq ki, filmdə ən azı 10 dəqiqə kompüter qrafikasından istifadə olunur. Onda bu 300 min dollar edir. Bizdə isə 300 min dollar elə bir filmə ayrılan məbləğdir. Rejissor tez-tez film çəkməlidir ki, ortaya daha keyfiyyətli nəsə qoysun. Mən «Yük» filmini 1995-ci ildə çəkdim, «Cavad xan»ı isə 2007-ci ildə başladım. 12 illik fasilə adama bilirsizmi nə boyda ziyan vurur?! Rejissor gərək tez-tez iş prosesində olsun ki, daha da inkişaf eləsin. Çünki incəsənət başqan-başa praktiki fəaliyyətin sahəsində inkişaf edir».

Seyran Səxavət (yazıçı): «Bir dəfə bu sual mənə verilmişdi. Kifayət qədər yazmışıq da, tamaşalar qoymuşuq da, filmlər də çəkmişik. Amma indi bilirsinizmi vəziyyət necədir? İndi cəmiyyətin xalqın da bir olması şərti ilə Qarabağ haqqında ən yaxşı əsəri ali baş komandanımız, müdafiə nazirimiz birləşib yaradacaqlar. Mən buna əminəm və son hadisələr də buna bir daha əminliyimi artırdı».

Qulu Ağsəs (şair): «Mən bir dəfə də demişəm ki, vətən mövzusu çox xətalı mövzudur. O mənada ki, adamdan yüksək səviyyəli məsuliyyət və istedad tələb edir. Mən Qarabağ haqqında həm çəkilən, həm yazılan, həm lentə alınan, həm də bəstələnən bütün əsərlərdən narazıyam. Filmə gəldikdə isə Qarabağ haqqında çəkilən elə ən yaxşı film «Fəryad»dır. Demək olar ki rəhmətlik Ceyhun Mirzəyevin elə tək ərsəyə gətirdiyi film idi. O, filmin həm rejissoru, həm prodüseri həm əsas aktyoru və ən əsası o filmin qurbanı idi. Mən indi də «Fəryad»a baxanda o zaman keçirdiyim hisləri keçirirəm. filmin gücü də bundadır ki, o insanı hər zaman təsirləndirə bilsin. Bu o dövr üçün ən yaxşı film idi. İndiki dövr üçün isə ən yaxşı Qarabağ filmi fikrimcə «Dolu» filmidir. Azərbaycana lazım olan bir filmdir. Amma üçüncü mərhələnin filmi isə daha uğurlu olmalıdır. Çünki biz ancaq arzuların istəklərin filmini çəkmişik. Amma indi konkret uğurlu bir qələbənin, uğurlu bir nəticənin filmini çəkməliyik. Bax ən yaxşı film elə o olar. Üçüncü dövr Qarabağ filmi ən yaxşı film olacaq!»