vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
FESTİVAL  
16:45 | 31 oktyabr 2014 | Cümə Məqaləyə 4508 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Cəhənnəm ol, Höte»

Avropa Film Festivalı başlandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan paytaxtı artıq dördüncü dəfə Avropa filmlərinin nümayişinə ev sahibliyi edir. Ötən gün Bakıda Avropa Film Festivalı start götürüb. Almaniya istehsalı olan «Cəhənnəm ol, Höte» (rejissor Bora Dağtekin) komediyası festivalın ilk filmi olub. Filmlərin nümayişi noyabrın 9-dək davam edəcək.

Festival çərçivəsində Avropa İttifaqına üzv olan 16 ölkədən (Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumıniya, İspaniya, İsveç, Birləşmiş Krallıq) və Azərbaycandan komediya, dramatik, sənədli, animasiya kimi müxtəlif janrlarda çəkilmiş 17 film kinosevərlərin ixtiyarına veriləcək.

Festival proqramına salınmış ekran əsərləri arasında dörd nominasiyada «Oskar»a namizəd olan «Filomena» (rejissor Stiven Frirz), «Karlovı Varı» Beynəlxalq Film Festivalında fərqlənən «Dirçəlmə» (rejissor Alitse Nelis), «Kann»dan əliboş qayıtsa da, maraqla qarşılanan «Çaxnaşma dövrü» (rejissor Castin Triet) və «Berlin» festivalının qran-prisini qazanmış «Ana, mən səni sevirəm» (rejissor Yanis Nords) kimi məşhur filmlər də var.

Festivalın təşkilatçısı Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanda təmsil olunan səfirlikləridir.

Filmlər paytaxtın Neftçilər prospektindəki «Park Bulvar» alış-veriş mərkəzində yerləşən «Park Cinema»da nümayiş olunacaq. Giriş pulsuzdur.

Festivalın sonuncu günü azərbaycanlı tamaşaçılar üçün daha əlamətdardır. Noyabrın 9-da festival çərçivəsində Elçin Musaoğlunun «Nabat» filmi nümayiş olunacaq. Ölkəmizi «Venesiya» və «Tokio» kimi nüfuzlu kinofestivallarda təmsil edən «Nabat» bu il «ən yaxşı xarici film» nominasiyasında «Oskar»a da namizəd göstərilib.