
Distant təhsil müəmması
Hökumət universitetlərin irəli getməsini niyə istəmir?
Hökumət universitetlərin irəli getməsini niyə istəmir?
Keyfiyyət üçün saatın çoxluğu yox, məzmun dəqiqliyi, metodika düzgünlüyü və müəllimin hazırlığı əsasdır
Süni intellekt, yoxsa bugünkü dünya təhsil sistemi?
Baş nazir kimlərin əməkhaqqısını və neçə faiz qaldırdı?
Artan dövlət dəstəyinin ardınca təhsilin keyfiyyətini artırmağa çağırış
... Yaxud elmə, təhsil və ziyalıya hörmətin qoyulmadığı mühit haqqında bir qeyd
“Oxumaq, yazmaq, hesablamaq uşaqlarımıza insan olmağa kömək edəndə vacib olur”
“Ətraf mühit uşağın öyrənmə sürətini və keyfiyyətini təyin edir”
Üç milyondan artıq vətəndaşın gözlədiyi artım
Rəsmi təkliflər bu həftə təqdim ediləcək
Dörd fundamental dəyişiklik tələb olunur
Birdəfəlik 1200 manat, aylıq 250 manat ödəniləcək şəxslər müəyyənləşdi
Repetitorluq ləğv olunsa, uşaqlar yüksək nəticə göstərə bilərmi?
Həftədə 2 saatla kimya, fizika, biologiya öyrənmək olmaz
Bəlkə günah mötərizə işarəsindədir
Yaxud dünya təhsil günündə Azərbaycan təhsilinin vəziyyəti
«Xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın məzunlarının 20 faizi işsizdir. Yüzlərlə gənc bu proqramı başa vursa da vətənə qayitmayıb.
«2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın başa çatmasından 10 aydan çox vaxt ötməsinə baxmayaraq, onun nəticələri və təsirləri hələ də müzakirəyə çıxarılmayıb. Xüsusilə də islahat bəyanatlarının çoxaldığı indiki şəraitdə bu proqramın məzunlarının idarəçilikdə iştirak imkanlarının dəyərləndirilməsi məqsədəuyğun olduğu bir vaxtda nədənsə «Qara qızılın insan kapitalı»na çevrilməsi ideyasının reallaşdırılmasına yönəldilmiş bu proqram barəsində yüksək səviyyəli müzakirələr aparılmır. Hətta Azərbaycan Respublikasının Təhsil Naziri nə Nazirlər Kabinetinin 2015-ci ilin, nə də ki, 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclaslarında bu proqramın icra vəziyyəti və onun nətciələri barədə heç bir məlumat səsləndirməyib. Nədən bu proqramın yekunları, nəticələri və təsirləri barədə hesabat verilmir. Nəyə görə,2016-cı ilin 3-cü rübünün yekununa olan məlumat görə, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının» maliyyələşdirilməsinə Dövlət Neft Fondundan 177,6 milyon manat vəsait xərcləndiyi halda bu proqramın real nəticələri təsirlərindən danışılmır? Nədən onun davam etdirilməsi ilə bağlı təşəbbüslər yoxdur? Niyə proqram iştirakçıları, məzun olanlar və onların hazırkı statusu ilə bağlı məlumatlar açıqlanmır? Hansı qanunla dövlət vəsaiti ilə oxuyan tələbələrə dair məlumatlar şəxsi məlumatların qorunması adı gizli saxlanılır? Suallar çoxdur. Bu yazıda onların bəzilərini cavablandırmağa çalışsam da əksər sualları yenə də açıq qaldığından onları Təhsil Nazirliyinin və jurnalistləri öhdəsinə buraxıram.
Dövlət Neft Fondunun hesabatına görə, 2008-2015-ci illər ərzində
ARDNF tərəfindən bu proqramın maliyyələşdirilməsinə ümumilikdə 156,8 milyon
manat, bu ilin ilk 9 ayında 20,8 milyon manat, bütövlükdə isə 177,6 milyon
manat məbləğində vəsait ayrılıb. 31 dekabr 2015-ci il tarixinə ARDNF-nin vəsaiti
hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin ümumi sayı 3 283 nəfər
təşkil edir. Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük
Britaniya (28,9 faiz), Türkiyə (22,2 faiz), Almaniya (12,5 faiz), Kanada (7,2 faiz),
Niderland (5,3 faiz) və Rusiya (3,8 faiz) universitetlərində təhsil alırlar.
Hazırda 1335 təqaüdçü xaricdə təhsillərini başa vuraraq məzun olub, onlardan
neçəsinin Azərbaycana qayıtmaması ilə bağlı məlumat açıqlanmasa da belələrinin
sayı yüzlərlədir. Baxmayaraq ki, müqaviləyə əsasən öhdəliyini yerinə yetirməyən
tələbə proqramdan xaric edilir və ona çəkilən vəsait geri qaytarılır. Bu prosesə
Təhsil Nazirliyi nəzarət edir, amma açıqlama vermir.
Son məlumatlara görə, Təhsilini başa vuraraq Azərbaycana qayıdan təqaüdçülərin
20 faizdən çoxu işsizir. İşləyənlərin 60 faizi özəl sektorda, 40 faizi isə dövlət
sektorunda çalışır. Göründüyü kimi «Qara qızılın insan kapitalı»na çevrilməsi
ideyasının reallaşdırılmasına yönəldilmiş bu proqram da qarşıya qoyulmuş məqsədlərə
tam nail ola bilməyib.