vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 28 noyabr 2022
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SƏHNƏ-TAMAŞA  
18:03 | 3 iyul 2013 | Çərşənbə Məqaləyə 3907 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Karlson» Bakıdadır

Astrid Lindqrenin qəhrəmanı Gənc Tamaşaçılar Teatrının səhnəsində paytaxt damlarını gəzəcək

milli.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında məşhur İsveç yazarı Astrid Lindqrenin eyniadlı pyesi əsasında hazırlanmış «Balaca və damda yaşayan Karlson» tamaşasının ictimai baxışı keçirilib.

Milli.Az bildirir ki, Azərbaycan Peşəkar Milli Teatrının 140 və Gənc Tamaşaçılar Teatrının 85 illiyinə həsr olunmuş növbəti beynəlxalq layihə çərçivəsində hazırlanmış tamaşanın quruluşçu rejissoru ukraynalı rejissor Tatyana Şevçenko, quruluşçu rəssamı Yelena Karpenko, baletmeysteri Yekaterina Moreva, musiqi tərtibatçısı İradə Muradovadır.
Tamaşada aktyorlar Mehriban Hüseynova, Nəsibə Eldarova, Nuriyyə Əliyeva, Xalidə Əliməmmədova, Rövşən Abbasov, Səfa Mehdi, Vüsal Mehrəliyev, Asya Atakişiyeva, Anar Seyfullayev, Müşfiq Əliyev, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Xəyal Salahov, Ramil Məmmədov, Gülbəniz Mustafayeva, Anar Səfiyev və başqaları çıxış ediblər.   
Süjet xətti hamıya yaxşı bəlli olan əsərin qəhrəmanları Balaca ləqəbli Svante və onun təxəyyülünün məhsulu olan Karlsondur. Balacanın həyatına daxil olaraq rəngarənglik qatan Karlson ona bəzi problemlər də yaşadır... 
Məlumat üçün bildirək ki, tamaşanın premyerası iyul ayının 7-də saat 12:00-da keçiriləcək.