vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
FESTİVAL  
17:15 | 23 oktyabr 2013 | Çərşənbə Məqaləyə 2923 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa Film Festivalı keçirir

Aİ-nin Bakıda təşkil etdiyi layihədə filmlərə giriş pulsuzdur

Pərvanə Sultanova, gun.az

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Aİ-ə üzv ölkələrin səfirlikləri ilə birgə Bakıda Avropa Film Festivalı keçirəcək.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, festival 30 oktyabr-6 noyabr tarixlərində baş tutacaq.
Tədbirin təşkil edilməsində əsas məqsəd Aİ ölkələri ilə Azərbaycan arasında mədəni əlaqələri inkişaf etdirmək, Avropa dəyərlərinin, mədəniyyətinin filmlərin dili ilə daha yaxşı dərk olunmasına töhfə verməkdir.
Festival müddətində Avropa İttifaqı ölkələrinə məxsus 17 film nümayiş olunacaq.
Filmlər Park Bulvar, Metro Park və Nizami kinoteatrında təqdim olunacaq, biletlər pulsuzdur.