«Ruh olmur»
Elşən Sultanzadə: «Məhəmməd peyğəmbər nə Meraca çıxıb, nə də Ayı bölüb»
Mirmehdi AĞAOĞLU, kulis.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
“Bu hadisə Çini yavaşladacaq”
Peyk görüntüləri Pekinin nüvə sirrini açıb
-
Tokiodan Pekinə tarixi hədə-qorxu
Yaponiya ilk dəfə döyüş gəmisini Tayvan boğazından keçirdi
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Azadlıq qalmayıb”
Çinlilər Balkanlar vasitəsilə Avropa ölkələrinə qaçır
-
Qızılın qiyməti rekord qırıb
Sonra yenə ucuzlaşıb
-
Çindən ballistik raket hədəsi
Sakit okean hövzəsində gərginlik yüksəlir
-
... 9 ABŞ şirkətinə sanksiya
Tayvana silah satışına görə...
-
20 ildir ailəsini görmürdü
Çin 2006-cı ildən həbsdə olan amerikalı keşişi azad edib
-
75 ilin ən güclüsü
Bebinca tayfunu 25 milyonluq şəhəri iflic edib
-
Çin Bebincanı qarşılamağa hazırlaşır
Qasırğası səbəbindən Şanxayda 9 min 318 nəfər təxliyə edilib
-
İşsizlik və daşınmaz əmlakda geriləmə
Daxili tələbdəki zəifliyin Çin iqtisadiyyatına mənfi təsiri davam edir
-
Çinə qarşı qiymət artımı dəqiqləşdi
ABŞ-ın beş ay əvvəl verdiyi qərar iki həftə sonra qüvvəyə minəcək
-
NATO-dan mesaj
“Avropa və Asiyanın təhlükəsizliyi ayrılmazdır”
-
“Yağı” qurbanları 143-ə çatdı
Daşqınlarla bağlı Vyetnamın Çindən tələbi olub
-
Putinin Şərqə səfərləri ...
... Yeni təsir axtarışı?
Kulis.az ilahiyyatçı Elşən Sultanzadə ilə müsahibəni təqdim edir.
- Elşən müəllim, ötən həftə APA TV-də yayımlanan «Yaşıl orta» verilişdə ruhlar barədə qeyri-adi fikirlər səsləndirdiniz. Ona görə, gəlin elə söhbətimizi ruh mövzusunda quraq. İslamda ruh anlayışı nədir?
- Dəvətiniz üçün təşəkkür edirəm. Belə bir fikir var: bir dəli quyuya daş atdı, yüz ağıllı yığışıb çıxara bilmədi. Vay o gündən ki, quyuya daşı ağıllı ata. Çox təəssüf ki, İslam dini bizə gəlib çatana qədər beş qnostik mədəniyyət-paqanist düşüncə ilə qarşılaşdı və bunlardan təsirləndi. İslam dininin qazandıqları verdiklərindən artıq oldu. Allahın bizə bəxş etdiyi bu dinin belə bərbad vəziyyətə düşməsinə səbəb oldu. Bu təsirlər hansı idi? Birinci paqanist mədəniyyət Məkkə müşrikizmi idi. Bizdə görürsən ocağa, pirə gedirlər, bu birbaşa Allaha şərik qoşmaqdır və Allah bunu bağışlamayacaq, həmin adamlar cəhənnəmə göndəriləcək. Müşriklik Məhəmməd peyğəmbərin zamanında diskvalikasiya edilsə də sonradan Əməvilərin, Müaviyənin, yəni Həzrəti Hüseynin qatillərinin dövründə yenidən cücərdi. İkinci paqanist mədəniyyət İran Əhəməni qnostik düşüncəsidir. Zərdüştlük islama ən böyük zərbəni vurdu. Sirat körpüsü, merac kimi anlayışlar zərdüştlükdən bizə keçdi.
- Deyirsiz peyğəmbərin meracı olmayıb?
- Xeyr. Merac deyə bir şey yoxdu, bu isra hadisəsidir. Peyğəmbər əsla nə Burakın belində göyə uçub, nə digər hadisələr baş verib. Bunlar hamısı islama zərdüştlükdən keçib. Guya Zərdüşt peyğəmbər göyə uçub. Sonradan o xüsusiyyətlər islama aid edilib. Quranda da peyğəmbərin göyə çıxmağına aid heç nə yoxdur. Hətta peyğəmbərin döyüşlərini, onun həyatını ilk dəfə yazan İbn Hişam, Əzraqi və bu kimi alimlərin əsərlərində belə hadisə yoxdur.
- Belə hədis var ki, peyğəmbər uşaq olanda iki mələk gəlib onun sinəsini yararaq ürəyini çıxarıb təmizləyiblər. «Şərhi-sədr» hadisəsi deyirlər. Quranda buna aid ayə də var. Belə çıxır «Şərhi-sədr» də olmayıb?
- Belə bir əməliyyat olmayıb. Guya peyğəmbərin ürəyini anjuy ediblər. Boş-boş söhbətlərdir. Qurandakı «Sənin qəlbini genişlətmədikmi?» - ayəsi də rəmzidir. Gəlin, fikirləşək də, bunlar məntiqə uyğun gəlmir axı. Bunlar cəmiyyətə nağıl danışmaq üçün mollaların, bəzi din adamlarının qurduğu hoqqalardır.
- Bəs «Şaqqul-qəmər», peyğəmbərin Ayı ikiyə bölməsi hadisəsi?
- Bunlar da yalandı. Peyğəmbərin bir möcüzəsi var, o da Qurandı.
- Qayıdaq islama təsirlərə... İkisini dediniz. Bəs qalanları?
- Üçüncü təsir hind fəlsəfəsi oldu. Bu islama ağır zərbələrdən birini vurdu. Xüsusilə sufizm, Nəsimi, Mövlanə, Nəimi hinduizimin təsirlərinin nəticəsidir. Bunlar hind qnostizmini götürərək islama qatdılar. İslamda asketizm, zöhd həyatı yoxdur. İslamda üç böyük sapma var ki, bunlar hicrinin birinci əsrində baş verdi: etiqadi azma, siyasi azma və təsəvvüfi azma. Abbasilər dövründə isə övliyalar, lədun elmi üzə çıxdı.
- Dördüncü təsir hansıdır?
- Şamanizm. Ölüyə qırx vermək, halva bişirmək, 52-ci gecə keçirmək - bunlar hamısı şamanizmdən keçdi islama. Beşinci isə hellenizmin, yunan mədəniyyətinin təsiri oldu. Bu zaman ruh anlayışı geniş şəkildə yayıldı. Məhəmməd peyğəmbərin dövründə ruh anlayışı ortadan qalxmışdı.
- İslamda ruh anlayışı nədir və Quranda bu barədə nə yazılıb?
- Quranda 21 ayə ruhdan, 4 ayə ruhul-qüdsdən, 36 ayə rivah sözündən bəs edir. Amma bunların heç birində insan bədənindəki ruhdan bəhs edilmir. Bu Platonun fəlsəfəsindən bizə keçdi. Platon deyirdi ki, ruh bədəndən ayrı yaradılmış əbədi və əzəli varlıqdır.
- Quran belə demir?
- Xeyr. Quranda ruh dörd mənada işlənir. Birinci: «Allah Adəmə ruhundan üflədi» mənasındadır, burda can verdi, həyat verdi anlamında işlədilib. İkinci ruhul-qüds ifadəsi, bu da mələk Cəbrayılın adıdır. Üçüncüsü, Qurani-Kərimin özünə ruh deyir Allah. Dördüncüsü, İsra surəsindəki vəhyin özüdür. Həmin ayədə deyilir: «Ruh barədə səndən soruşanda de ki, o barədə mənə çox az şey öyrədilib.» Bu ayəni tam oxusaq görərik ki, ruhdan yox, vəhydən danışılır.
- İslama görə ruh bədəndə yaşamır?
- Yox.
- Hər bir insanın ruhu varmı?
- Yox. Belə şeylər yoxdur, insan öldü bitdi, bir də qiyamət günü diriləcək.
- İnsan öləndən sonra ruhu Bərzəxə gedir, deyirlər.
- Bu da yalan, uydurmadır. «Ruhlar aləmi» də uydurmadır. Bunlar hamısı başqa qnostik mədəniyyətlərdən bizə keçib.
- Bu keçid nə vaxt baş verdi?
- Harun Ər-Rəşidin oğlu, xəlifə Məmunun dövründə baş verdi. «Babək» filmində də Məmun deyir ki, dünən gecə Aristoteldən danışırdım. Məmun barbarların, qotların Romada, Yunanıstanda məhv elədiyi əlyazmaları yəhudi tərcüməçilər vasitəsilə ərəb dilinə çevirtdirdi. Bağdad onda mədəniyyətin mərkəzi idi. Məmun Aristotelin, Platonun əsərlərini çevirtdirəndən sonra yunan fəlsəfəsi ərəb dünyasında yayıldı. Məmundan sonra İbn Rüşdü, Fərabi və başqa filosoflar yarandı. Və ruh təlimi bununla İslama keçdi. Böyük islam alimi Məhəmməd İqbal deyir ki, bu tərcümələr dialektik, antiklassik, dinamik Quran ənənəsini klassik, spekulyativ yunan fəlsəfəsinə möhtac elədi.
- Belə çıxır ki, ruh haqqında bu qədər bilgilərin, kinoların, elmi ədəbiyyatın, yunan fəlsəfəsinin, hind fəlsəfəsinin verdiyi məlumatların heç birinin İslama dəxli yoxdur.
- Qəti dəxli yoxdur.
- Ümumiyyətlə ruhun ölünün bədənindən çıxması, Bərzəxə getməsinin...
- Heç dəxli yoxdur, boş-boş şeylərdir hamısı.
- XIX əsrdə Avropada yaranmış teosofiya, spiritualizm cəmiyyətləri də uydurma işlərlə məşğuldur?
- Aristoteldi, Platondu, Plotindi, Kantdı, Sekartdı, Berqsondu bunların islama aidiyyəti yoxdur. İslamda insan öldü, bu dünya ilə əlaqəsi kəsilir. Ruhdu, nədi belə şeylər olmur. O zombi kinoları, ruhlarla bağlı filmlər-filan uydurmadır.
- Bəs bayaq dediyim o spiritualistlər ruh çağırırlar axı?
- Onların çağırdıqları ruh deyil, cindir. Cin, şeytan, ifrit, ifritə, iblis, hal qarısı görünməyən və bilinməyən varlıqlardır. İstəsələr görünən və bilinən varlıqlardır. Qurani-Kərimdə belə yazılıb. Onların nə elədiklərini görə bilmirik. Bir də görürsən, evdə hansısa əşya yerindən tərpənir. Bunu edən cinlərdir.
- Bəzən, xəbərlər yayılır ki, hansısa muzeydə ruh görülüb, kameralara da düşür.
- Bu ruh deyil cindir.
- Adam cildinə də girə bilərlər, məsələn, Napoleonun?
- İstəsələr girə bilərlər. Səhv etmirəmsə Ali-İmran surəsində peyğəmbərə müraciətlə yazılıb ki, onları sən görə bilməzsən, onlarsa səni sənin görə bilmədiyin bir ölçüdən görərlər. Peyğəmbərlərdən bir dənə Süleyman peyğəmbərə onları idarə etmək icazəsi verilib. Ruh adıyla gördüyümüz videoların hamısındakı cinlərdir.
- Müasir dünyada da cinlərə inam var?
- Əlbəttə. Cinlərə inanmayan Allaha inanmır. Cinləri inkar eləmək Allahı inkar eləmək deməkdir. Bəs Quranda ayə var axı: «Mən insanları və cinləri mənə ibadət etmək üçün yaratdım.»
- Belə çıxır ki, islamda ruh anlayışı çox lakonikdir, qısadır.
- Bəli.
- Bizim ətrafda gördüyümüz qəribə hadisələr də ruhlarla bağlı deyil.
- Ruhlarla bağlı bildiyimiz, eşitdiyimiz qəribə hadisələr də cinlərlə bağlıdır. İngilislərdə «bəd souls», «pis ruhlar» var. Mən onların olmadığını demirəm, amma onlar islamın dediyi ruh deyil, cinlərdir. Dədə-babalarımız deyirlər ki, evləri boş qoymayın. Çünki boş evlərdə, qəbiristanlıqlarda, tualetlərdə belə varlıqlar olur. Bunlardan da islamda qorunma metodları var. Allahın adını çəkdiyin zaman onlar qaçıb gedirlər.