Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
03:40 | 25 may 2017 | Cümə axşamı
Məqaləyə 2290 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
Keçən ay ABŞ prezidenti Donald Tramp NATO ilə bağlı əhval-ruhiyyəsinin dəyişdiyini bildirib. «Mən demişdim ki, NATO köhnəlib. Amma, indi elə deyil».
Seçki kampaniyası dövründə Tramp NATO üzvlərini dünya siyasətinə yanaşmasında milliyətçi və təcridçi olacağı haqqında xəbərdarlıq etmişdi.
«O, bu barədə azməlumatlı idi. Onun bugün nə qədər məlumatlı olduğunu aydın deyil, amma, 1949-cu ildən ABŞ-ın milli təhlükəsizlik siyasətində aparıcı rol oynamış alyansa qarşı olmağı əsaslandırmaq, asan iş deyil».
Trampın baş müşavirləri prezidentin Brüsselə bu mesajı çatdıracağını deyirlər.
«Prezident anlayır ki, «Amerika maraqları birincidir» demək, Amerikanın tənha olması demək deyil. Əksinə, Amerikanın maraqlarının prioritetləşdirilməsi amerikalıların təhlükəsizliyini təmin edəcək alyansların və tərəfdaşlıqların möhkəmlənməsi deməkdir».
Buna baxmayaraq, Tramp bir məsələdə mövqeyini dəyişməyib. O təkid edir ki, NATO-nun bütün üzvləri məsrəfləri bərabər paylaşmalı və ümumi daxili məhsulun 2 faizini alyansa ödəməlidirlər.
«Sual bu sərmayənin gətirəcəyi faydalardadır. Sonra isə ölkələr büdcələrini buna uyğunlaşdırmalıdır. Onlar bu yaxınlarda lazımi sərmayələri etməyi başlayıblar. Sonra isə, təbii ki, sən çoxmillətli qüvvələri bir araya gətirib, onların vahid döyüş dəstəsi kimi fəaliyyət göstərməsinə nail olmalısan».
NATO dəstəkçiləri deyir ki, Rusiyanın aqressivləşdiyi, Yaxın Şərqdəki xaos və Əfqanıstanda əks-terrosizm tədbirləri görüldüyü dövrdə müdafiə tərəfdaşlığı hər zamankından daha aktualdır. Onlar ümid edirlər ki, digər liderlər Brüssel görüşü zamanı prezident Trampı inandıra biləcəklər.