Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
22:00 | 14 iyun 2017 | Çərşənbə
Məqaləyə 2326 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
Rusiya ilə ABŞ arasında mümkün hərbi konflikt barədə mətbuatda tez-tez müxtəlif rəylər səsləndirilir. Lakin istənilən halda, münaqişənin nəticəsindən asılı olmayaraq qlobal təhlükəsizliyə ciddi zərbə vuracağı hər kəs tərəfindən təsdiq olunur.
Modern.az iki ölkənin hərbi arsenalı ilə bağlı müqayisə aparıb.
Mümkün müharibə zamanı ABŞ NATO üzvü kimi təşkilatdakı müttəfiqlərinin, ilk növbədə Böyük Britaniyanın yardımına ümid edə bilər. Rusiya isə bu situasiyada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinə arxalanacaq.
ABŞ ordusu bütünlüklə professional hərbçilərdən formalaşıb və 1,430 milyon nəfərdən ibarətdir. Rusiya ordusunun daimi hərbçi sayı isə 766 min əsgər və zabitdən ibarətdir. Onların 60 faizi müqaviləli, 40 faizi isə müddətli hərbi qulluqçulardan ibarətdir.
ABŞ-ın aktiv rezerv ehtiyatları 850 min, Rusiyanın isə 2 milyon nəfərdən ibarət olduğu açıq informasiya mənbələrində göstərilib. Bundan başqa, ABŞ-ın 6012 hərbi helikopteri, 2601 bombardumançı, 2271 qırıcı təyyarəsi var. Rusiyanın buna qarşılıq 1059 helikopteri, 1289 bombardumançı və 739 qırıcı təyyarəsi var.
Göründüyü kimi aviasiya sahəsində amerikalıların üstünlüyü həddən artıq nəzərəçarpandır. Digər tərəfdən, amerikalıların 13,5 min aerodromuna qarşı ruslar yalnız 1218 aerodromdan istifadə etmək imkanına malikdir.
Zirehli texnikaya gəldikdə, rusların bu sahədə üstünlüyü heç kimdə şübhə doğurmur. ABŞ-ın tank arsenalı 8325, ruslarda isə 15000 min tankdan ibarətdir. Pentaqon 25700 zirehli döyüş maşını, 1934 özüyeriyən artilleriya qurğusu, 1330 reaktiv atəş sisteminə malik olduğu halda, ruslarda zirehli döyüş maşınlarının sayı 27650, özüyeriyən artilleriya qurğularının sayı 5990, reaktiv atəş sistemlərinin sayı isə 3781 ədəd təşkil edir.
Hərbi donanma baxımından müqayisə edəndə isə ABŞ-ın aviadaşıyıcıların sayında mütləq üstünlüklərinin (10) olduğunu görə bilərik. Rusiyada yalnız 1 ədəd aviadaşıyıcı var. Eyni zamanda ABŞ-ın freqatlarının sayı 15, esminetslərinin sayı 62, sualtı qayıqlarının sayı isə 72-yə çatıb.
Rusiyanın sualtı qayıq arsenalı 79, freqatlarının sayı 4 və esminetslərinin sayı isə 13-dür.
Yekunda, iki ölkənin hərbi büdcələrini müqayisə etsək, ABŞ-ın hərbi büdcəsinin 630 milyard dollar, Rusiyanın 76 milyard dollara çatdığını görə bilərik.