Müharibələrdən çıxmaq problemi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
11:49 | 19 iyun 2017 | Bazar ertəsi
Məqaləyə 1812 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
Neft qiymətləri kəskin yüksəldi
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
«The Guardian» yazır ki, ABŞ qüvvələri ötən ay Suriyada İran tərəfindən dəstəklənən qüvvələrə üç dəfə zərbə endirib və bəzi müşahidəçilərin fikrincə, artmaqda olan bu gərginlik «planlaşdırılmayan» münaqişəyə yol aça bilər.
Məqalədə deyilir ki, sözü gedən üç hadisə Suriya, İraq və İordaniya sərhədlərinin birləşdiyi əl-Tənf məntəqəsi yaxınlığında baş verib. Burada 150-dək Amerika əsgəri İŞİD-ə qarşı döyüşən yerli qüvvələrə təlim verir. Əsəd rejimini müdafiə edən yaraqlılar məhz bu məntəqəyə yaxınlaşdıqda, ABŞ qüvvələrinin zərbəsinə məruz qalıblar.
«The Guardian» yazır ki, zərbəyə məruz qalan qüvvə əsasən Suriya və İraq şiələrinin qarışığından ibarət idi. Ola da bilər ki, bu qüvvənin tərkibində İran İnqilab Keşikçilərinin komandirləri də olub.
Məqalədə deyilir ki, inqilab keşikçiləri «öz barmaq izlərini itirməyə çox da cəhd göstərmirlər». Amerika zərbəsinin endiyi yerə Qüds korpusunun komandanı Qasım Süleymaninin özü gəlib və hətta bu burada şəkil də çəkdirib.
Beləliklə, şərqi Suriya ABŞ və İran qüvvələrinin getdikcə daha tez-tez toqquşduğu əraziyə çevrilir. Elə Yəməndə və Hörmüz boğazı rayonunda da ABŞ və İran qarşı duran tərəflərdədir.
Ötən çərşənbə günü İranın hərbi gəmisi boğazdan keçən ABŞ flotiliyasının 730 metrliyinə yaxınlaşıb, üstəlik Amerika gəmisinə projektor salıb və lazer tuşlayıcısını gəmidəki helikopterə yönəldib. ABŞ rəsmiləri bu hərəkəti «qeyri-peşəkar və təhlükəli» adlandırıblar.
«The Guardian» yazır ki, dar Hörmüz boğazında belə qarşıdurmalar yeni bir hal deyil, lakin onların məzmunu indi yeni məna kəsb edib. Hazırda ABŞ-da xaotik, lakin İrana münasibətdə sərt administrasiya var.
Üstəlik Obamanın vaxtında Vaşinqton və Tehran arasında yüksək səviyyədə qurulmuş kommunikasiya xətti bağlanıb. Donald Trampın ritorikası anti-İran xarakteri daşıyır. O özünün ilk xarici səfərini Səudiyyə Ərəbistanına etməklə Tehranla düşmənçiliyini nümayiş etdirib.
ABŞ prezidenti Tehranın təsirini, İŞİD və Əl-Qaidə ilə birlikdə qlobal təhlükə adlandırıb. Hətta iyunun 7-də Tehranın özü terror basqınına məruz qalanda da Tramp yenə də İranı ittiham edib.
Milli İran-Amerika Şurasının başçısı Trita Parsi «Düşməni itirmək: Obama, İran və diplomatiyanın təntənəsi» kitabının müəllifidir.
O deyir ki, Tramp Səudiyyəyə səfər edib orada İranın tamamilə təcrid ediləcəyini bəyan etməklə Tehranla hər hansı dialoqun pəncərəsini bağlamış olub.
Parsi bu qənaətdədir ki, Tramp İranla eskalasiyanı bilərəkdən artırır.
«The Guardian» yazır ki, Tramp seçki kampaniyasında vəd etdiyi kimi İranla nüvə sazişini «cırıb tullamasa» da, Tehranın üzərinə hücumlarını dayandırmayıb, respublikaçıların çoxluq təşkil etdiyi Konqres isə İrana qarşı yeni sanksiyaların qəbuluna çalışıb.
İranla nüvə sazişinin imzalanmasında əhəmiyyətli rol oynamış şəxs - Obama administrasiyasının vəzifəli rəsmisi Robert Moley (Robert Malley) deyib ki, bu saat dünyada ən təhlükəli üç yer var: «Şərqi Suriya ilə Qərbi İraq arasındakı sərhəd, Yəmən və bir də ABŞ Konqresinin iclas zalları».
Moley deyib ki, hələlik iranlılar bütün bu təzyiqləri büruzə verməməyə, görməməziliyə vurmağa çalışırlar, amma bir gün ali rəhbərin də səbir kasası daşa bilər.
Tramp administrasiyası bildirir ki, hazırda İran siyasətinin işlənib hazırlanması gedir, lakin dövlət katibi Reks Tillerson ötən həftə Senatdakı çıxışında tamam başqa cür danışıb.
O deyib ki, ABŞ İranın içindəki qüvvələrlə işləyib orada dinc hakimiyyət dəyişikliyinə nail olmalıdır.
Tillerson «dinc» sözünü işlətsə də, bu sözlər iranlıların qulağında Buş zəmanəsinin ritorikası kimi səslənir.
Amma hər halda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif zarafatından qalmayıb. O «Twitter» postunda yazır ki, Tramp İranda hakimiyyət dəyişikliyinin fikrini çəkincə, öz postunu qorumağın qeydinə qalsa yaxşıdır.
«The Guardian» yazır ki, ABŞ-ın Avropadakı müttəfiqləri arasında da narahatlıq artmaqdadır. Narahatlıq bundandır ki, Tramp administrasiyası üzərinə Rusiya təhqiqatı ilə bağlı təzyiq artdıqca, administrasiyanın da İrana münasibəti təhlükəli şəkil ala bilər.
Məqalədə deyilir ki, bununla belə, artmaqda olan gərginliyin heç də hamısı üçün Tramp məsuliyyət daşımır. Suriya və İraqda formalaşan hərb meydanı İran və ABŞ-ı getdikcə daha çox toqquşmaya tərəf itələyir.
«The Guardian» yazır ki, hələlik gərginliyi buxovlayan - vahid düşmənin, İŞİD-in ortalıqda olmasıdır, lakin İŞİD məğlub edildikdən sonra bu buxovlayıcı element də yox olacaq.
ABŞ-ın keçmiş müdafiə rəsmilərindən İlan Qoldenberq (Ilan Goldenberg) deyir ki, hələlik İranın və ABŞ-ın dəstəklədiyi qüvvələr bir-birlərinə qarşı müəyyən dözüm nümayiş etdirirlər. Lakin İŞİD-dən sonra bu dözümlülük də başa çata bilər.
«The Guardian» yazır ki, ABŞ-ın cənub-şərqi Suriya səhrasında İŞİD-ə qarşı yeni cəbhə açmaq qərarı İranın maraqları ilə birbaşa toqquşur. Tehran Dəməşqdən Livana dəhliz açmaq istəyir və xəritədə bu dəhliz ABŞ qüvvələrinin olduğu əl-Tənfdən keçir.