Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
18:27 | 27 iyun 2017 | Çərşənbə axşamı
Məqaləyə 2078 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Oman körfəzində gərginlik
«The Daily Telegraph» yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı, onun Suriyada kürd qüvvələrini silahlandırmasına görə, NATO ilə münasibətlərin nəzərdən keçirilməsinə çağırmaqla hədələyib.
«Deməli, bir tərəfdə biz NATO ilə olacağıq, başqa bir tərəfdə isə onlar terror təşkilatlarının yanında olacaqlar», - Ərdoğan rişxəndlə deyib.
Türkiyə prezidenti Birləşmiş Ştatların beynəlxalq koalisiyasını Suriya Demokratik Qüvvələrini dəstəkləməsini tənqid edir. Bu qüvvələrin böyük bir hissəsini kürd döyüşçülər təşkil edirlər.
Ərdoğan deyib ki, «dırnaqarası dostlarımız Türkiyəni bölmək istəyən terror təşkilatları ilə əməkdaşlıqda bir problem görmürlər».
SDQ hazırda Suriyada Raqqa şəhərinin İslam Dövləti adlanan qruplaşmadan alınması üçün döyüşür. Bu şəhər İD-in Suriyadakı de-fakto paytaxtı və son istehkamıdır.
Məhz buna görə də ABŞ qüvvələri SDQ döyüşçülərini təlimləndirirlər. Bu yaxınlarda ABŞ SDQ tərkibindəki kürd döyüşçülərə silah və hərbi texnikanın verilməsi barədə qərar qəbul edib.
Cənab Ərdoğan deyib ki, NATO-nun iki ən böyük ordusuna malik iki üzv arasında ixtilaf yaratmış bu hərəkət alyansın əməkdaşlıq çərçivəsinə ziddir.
«Bütün bu hərəkətlər NATO-ya qarşıdır, - deyib Türkiyə prezidenti, - Belə olduqda NATO müqaviləsinə yenidən baxılması lazımdır».
Vaşinqton Ankaranı sakitləşdirmək üçün bildirib ki, Suriya kürdlərinə verilən silahlar, İŞİD-in məğlub edilməsindən sonra onlardan alınacaq. Türkiyə bu silahların separatçı PKK döyüşçülərinin əlinə keçə biləcəyindən narahatdır.
Ərdoğan bildirib ki, «bu silahların nə vaxtsa kürdlərdən alınacağını vəd edənlər, bizi axmaq yerinə qoyurlar, amma bu həyati səhvlərini başa düşəndə gec olacaq».
Türkiyə prezidenti deyib ki, «biz o silahların sahiblərindən o silahlarla tökdükləri hər damla qanın hesabını istəyəcəyik».
ABŞ və Avropa İttifaqının 22 üzvü NATO müqaviləsinə daxildirlər. Bu ölkələrin əksəriyyəti Ərdoğanın getdikcə artan avtoritarlığına görə ona olan münasibətlərini sərtləşdirib.
Ötən iyulda baş vermiş çevriliş cəhdinin ardınca prezident on minlərlə insanın həbs edilməsinə və işdən qovulmasına göstəriş verib.
Bunların arasında çox sayda hakimlər, prokurorlar, polis rəisləri, hərbçilər, müəllimlər və jurnalistlər var.
Ərdoğan ötən apreldə keçirilən referendumda qalib gəldikdən sonra bir prezident kimi səlahiyyətlərini xeyli genişləndirib.
Bütün bu gərginliyə baxmayaraq Türkiyə NATO-nun ön cəbhə xəttində əvəzedilməz müttəfiq kimi qalır.
Türkiyə Aİ ilə bağlanmış miqrant sazişinə əsasən milyonlarla Yaxın Şərq qaçqınının Avropaya axınının qarşısını alıb.
Bununla yanaşı Türkiyə, İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın həyati əhəmiyyətli üzvlərindən biridir.
«The Telegraph» yazır ki, bu «alovlu nitqdən» az sonra Ərdoğanın halı pisləşib və onu məscid binasının başqa tərəfinə aparıblar.
Az sonra qayıdan prezident «Allaha şükür, indi yaxşıyam» deyib və nitqini davam etdirib.