Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
14:34 | 12 iyul 2017 | Çərşənbə
Məqaləyə 2482 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
ABŞ Prezidenti Donald Tramp oğlunun Tramp seçki kampaniyasının rusiyalı vəkillə Demokrat namizəd Hillari Klintona aid rüsvayçı məlumat əldə etmək məqsədilə görüşü haqda emailləri açıqlamasını alqışlayıb.
Ağ Ev sözçüsünün müavini Sara Hakabi Sanders prezidentin qısa bəyanatını müxbirlər qarşısında oxuyub. «Oğlum yüksək keyfiyyətli adamdır və mən onun şəffaflığını alqışlayıram», prezidentin bəyanatında deyilir. Prezident Tramp oğlunun açıqladığı emaillərin mümkün fəsadlarına toxunmayıb.
Lakin «Amerikanın Səsi»nin Kapitolidəki müxbirləri xəbər verir ki, prezidentin oğlu Donald Tramp Jr.-un (atası ilə eyni ad və soyadı daşıyır) noyabr seçkiləri ərəfəsində Klinton haqda həvəslə ziyanlı məlumat araması haqda açıqlaması Konqresdə şok reaksiyalarla müşayiət olunur. Ələlxüsus Demokrat konqresmenlər oğul Trampın açıqlamasını qəzəb və sərt ittihamlarla qarşılayıblar.
Donald Tramp Jr. «The New York Times» qəzetinin bu barədə yazı dərc edəcəyini öyrəndikdən sonra çərşənbə axşamı emailləri açıqlayıb. Bu yazışmalar rusiyalı vəkil Nataliya Veselnitskayanı təmsil edən musiqi publisisti Rob Qoldstounla olub. Həmin yazışmanın nəticəsi olaraq oğul Tramp atası Respublikaçılar Partiyasının namizədliyini əldə etdikdən az sonra Veselnitskaya ilə görüşüb.
«Rusiyanın tac prokuroru Tramp kampaniyasına Hillarini və onun Rusiya ilə əməllərini ifşa edən rəsmi sənədlər və məlumatlar verməyə hazırdır və bu, sənin atan üçün çox faydalı olardı,» Qoldstoun Trampın oğluna ötən il 3 iyunda yazıb.
«Aydındır ki, bu çox yüksək səviyyəli və həssas məlumatdır, ancaq Rusiya və onun hökumətinin cənab Trampa dəstəyinin təkib hissəsidir», həmin emaildə yazılıb.
Bir neçə dəqiqə sonra gənc Tramp belə cavab yazıb: «Əgər dediyindirsə, mən sevirəm bunu, ələlxüsus yayın axırı [istifadə] üçün».
Kris Mörfi kimi Demokrat senatorlar Donald Tramp Jr.-un yazışmalarının və rus vəkillə görüşünün «işbirliyinə … Rusiya hökuməti ilə açıq işbirliyinə oxşamağa başladığını» deyib. Respubikaçı senatorlar öz reaksiyalarında daha ethiyatlı olublar, lakin Meyn ştatını təmsil edən Susan Kolins «emaillərin ətraflı istintaqa ehtiyacı» olduğunu bildirib.
«Bu təkcə normaların pozulması deyil - bu, vətən qarşısında sivil məsuliyyətin pozulmasıdır,» Demokrat Konqres üzvü Adam Şiff bəyan edib. «Əgər xarici hökumət sənə seçkilərə müdaxilə ilə bağlı yaxınlaşırsa, onda sən FTB-yə (Federal Təhqiqat Bürosu) müraciət etməlisən».
«Biz araşdırmalıyıq», Demokrat Konqresmen Elayja Kamminqs deyib, çünki bu emaillər «prezidentin oğlunun Rusiya hökumətinin Trampı prezident seçdirmək səylərindən agah olduğunu və bu səyləri dəstəklədiyini göstərir».
Respublikaçı Senator Lindzi Qraham məsələnin «problematik» olduğunu deyərək gənc Trampın Konqres müstəntiqləri qarşısında «hökmən ifadə verməli» olduğunu bəyan edib.
Oğul Trampa yazdığı emaillərdə Qoldstoun Veselnitskayanı «Moskvadan ABŞ-a uçacaq Rusiya hökumətinin vəkili» kimi təqdim edib. Rusiya hökuməti Veselnitskayanı tanıdığını danır və ABŞ seçkilərinə müdaxiləsi haqda ittihamları rədd edir.