Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:26 | 19 iyul 2017 | Çərşənbə
Məqaləyə 2341 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
İran prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsinə qarşı yeni sanksiyaların tətbiqindən sonra Vaşinqtonu sərt tənqid edib. APA-nın məlumatına görə, o bildirib ki, İran ABŞ-ın razılaşmanı pozmasını bağışlamayacaq.
«Sevindirici haldır ki, bu gün bizim 5+1 ölkələrindən olan tərəfdaşlarımız Hərtərəfli Birgə Fəaliyyət Planını (HBFP) qorumaq üçün müqavimət göstərir. ABŞ Konqresinin qərarlarının qarşılığında İran parlamenti də bəzi qərarları təsdiqləyəcək. Dünyada hər bir ölkənin yeri onun digər ölkələrə qarşı öhdəliklərinə hörmətlə yanaşmasından və həmin ölkələrin ona etimadından asılıdır. Amerikalılar müasir dövrdə bir çox öhdəlikləri, o cümlədən Paris öhdəliklərini, Kuba ilə olan öhdəliklərini, Şimali Amerika ilə olan bir çox müqavilələrdəki öhdəliklərini və Şərqi Asiyaya dair bir sıra öhdəliklərini ayaq altına atıblar. Bu onu göstərir ki, ABŞ dünyada sabitlik, təhlükəsizlik və insan hüquqları müdafiəçisi ola bilməz. Özündə sabitlik olmayan, qanunlara və qaydalara hörmət etməyən, öz imzasına sadiq çıxmayan biri digərlərini sabitliyə çağıra bilməz və təhlükəsizliyi təmin edə bilməz», - deyə o vurğulayıb.
H. Ruhani bildirib ki, İran həmişə öz öhdəliklərinə sadiq olub və olacaq: «Amerikalılar bir tərəfdən rəsmi hesabatla Konqresdə elan edirlər ki, İran öz öhdəliklərini tamamilə yerinə yetirib. Digər tərəfdən müxtəlif bəhanələrlə bir sıra yeni sanksiyalar tətbiq olunur. Bu heç bir məntiqə, sağlam düşüncəyə sığmır və HBFP razılaşmasına ziddir. Amerikalılar hər bir bəhanə ilə bizə qarşı yeni sanksiyalar tətbiq etmək istəsələr, əmin olsunlar ki, İranın böyük xalqı onlara uyğun cavabı verəcək».
Qeyd edək ki, ABŞ ötən gün İranın raket proqramı ilə əlaqədar 18 şəxs və quruma qarşı yeni sanksiyalar tətbiq edib.