Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Rusiya ötən dekabr ayında Obama administrasiyasının Rusiyaya aid iki kompleksi Rusiya səfirliyinin əlindən almasına cavab tədbiri görməyə haqqının olduğunu bilidirir. Bundan əlavə prezident Barak Obama hakimiyyətdən getmədən əvvəl 35 Rusiya diplomatını ölkədən çıxararaq, onları casusluqda ittiham edib. O, bu addımın Moskvanı 2016-ci il prezident seçkilərinə müdaxilə etdiyinə görə cəzalandırmaq üçün atıldığını deyib. İndi isə Rusiya artıq səbrinin tükənməyə yaxın olduğunu deyir və Tramp administrasiyasından kompleksləri geri almaq istəyir.
Biri Merilend, bir digəri isə Nyu York ştatında yerləşən iki gözəl mənzərəli Rusiyaya aid kompleks Moskva ilə Vaşinqtonda arasında gedən mübahisənin mərkəzində yer alır. Rusiya, onların istirahət mərkəzləri olduğunu və yalnız istirahət üçün istifadə olunduğunu deyir. ABŞ kəşfiyyat agentlikləri isə bu obyektrlədən kəşfiyyat toplamaq üçün istifadə olunduğunu bildirir.
Mətbuat katibi Hezer Nauert müxbirlərin dövlət katibi Reks Tillersonun obyektləri müəyyən şərtlər altında Rusiyaya geri verməyə müsbət baxıb-baxmadığına dair suallara cavam verməkdən imtina edib.
«Mən elə deməzdim. Buradakı əsas prioritet Birləşmiş Ştatlarla Rusiya arasında yaxşı, sabit münasibət yaratmaqdır ki, aramızda qarşısılıqlı əməkdaşlıq olsun», deyə o bildirib.
Rusiya hələ də ABŞ-ı cavab tədbiri görməklə hədələyir.
«Bu, Sovet İttifaqı, ardınca isə Rusiyanın apardığı standart diplomatiyadır. Biz onların casuslarını tutub, ölkədən çıxaranda, onlar da eyni sayda amerikalı diplomatı qovur. Onlar heç vaxt təqsirlərini boyunlarına almır. Biz onların atdığı yolverilməz addımlarına qarşı tədbir görəndə, onlar əks-tədbir görür. Bu, onların işgörmə üsuludur», deyə Atlantik Şuradan Con Herbst bildirib.
Herbst deyib ki, Moskva bir neçə yolla cavab tədbiri görəcək: «Bizim də Rusiyada ən azından bir istirahət mərkəzimiz var. Ola bilsin ki, onlar həmin o istirahət mərkəzini əlimizdən alsın. Yadımdadır ki, Obama bu addımları atanda, onların səfirlik işçilərimizin uşaqlarının oxuduğu məktəbi bağlacayacaqları güman edilirdi. Bu, çox mənfur bir hərəkət olardı. Belə bir halda, bizim də reaksiyamızın çox sərt olacağını gözləyərdim», o deyib.
Bazar ertəsi Rusiyanın xarici işlər nazirinin müavini Sergey Rıbakov Dövlət Departamentində ABŞ dövlət katibinin müavini Tomas Şannonla görüşüb. Rusiyanın obyektlərini geri almağa yaxın olub-olmadığı ilə bağlı suallara Rıbakov «demək olar ki» deyə cavab verib.