Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
22:38 | 29 iyul 2017 | Şənbə
Məqaləyə 1926 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Fars körfəzi sularında ABŞ hərbi donanması ilə İran donanması arasında xəbərdarlıq atəşi ilə müşaiyət olunan təhlükəli insident baş verib. Virtualaz.org xəbər verir ki, Amerika hərbi dəniz qüvvələrinin «Nimitz» təyyarədaşıyan gəmisindən bölgədə patrul xidməti həyata keçirən İran katerlərinə xəbərdarlıq atəşi açılıb. İran tərəfi cavab verməyib.
İran İnqilab Keşikçiləri Korpusunun komandanının müavini Rəsul Sənae Rad bildirib ki, İran gəmiləri Fars körfəzindəki «Resalat» neft-qaz platformasının yaxınlığında patrul xidməti həyata keçirərkən Amerikanın «Nimitz» təyyarədaşıyanının başçılıq etdiyi gəmi qruplaşması onlara yaxınlaşıb. Təyyarədaşıyanın göyərtəsindən vertolyot havaya qalxıb və İran patrul katerlərinin üzərində bir müddət dövr edib. Daha sonra amerikalılar İran katerlərinə tərəf bir neçə xəbərdarlıq atəşi açıb.
İnqilab Keşikçiləri Korpusu bildirir ki, İran hərbçilərini Amerika hərbçilərinin «təxribatçı və qeyri-peşəkar» addımına reaksiya verməyiblər və patrul xidmətini davam etdiriblər. Daha sonra platformaya yaxınlaşan iki Amerika gəmisi uzaqlaşıb.
«Nimitz» təyyarədaşıyanının başçılıq etdiyi gəmi qruplaşması körfəzə ötən bazar günü daxil olub. Amerika tərəfi insidenti təsdiqləyib və İran katerlərinin «Nimitz» təyyarədaşyanına təhlükəli məsafədə yaxınlaşdığına görə onlara xəbərdarlıq atəşi açıldığını bildirib. Pentaqon nümayəndəsi Peter Kuk bildirib ki, İran katerləri təyyarədaşıyana 300 metrə qədər yaxınlaşıb və xəbərdarlıq siqnalına məhəl qoyulmayıb. Nəticədə Amerika tərəfi havaya vertolyot qaldırıb və katerlərə xəbərdarlıq atəşi açılıb.
Xatırladaq ki, son vaxtlar Fars körfəzində İran və Amerika hərbi gəmiləri arasında bu cür «sürtüşmə» tez-tez baş verir. Analitiklərə görə bu, Tramp administrasiyasının İrana qarşı sərt mövqeyinin davamıdır.