Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiq olunmasına istəksiz dəstəyi və bu yaxınlarda Rusiya ilə bağlı etdiyi şərhlər Moskvada münasibətlərin yaxşılaşdırılacağına dair ümidi söndürüb. Trampın Kremlin ABŞ seçkilərinə müdaxiləsinə qarşı göstərdiyi etinadsızlığa, seçki kampaniyası ilə Rusiyanın mümkün əlaqələri inkar etməsinə və Vladimir Putini tərifləməsinə baxmayaraq, sərgilədiyi sərt ton bir sualın yaranmasına gətirib çıxarır: Trampın Rusiya siyasəti nədir?
Bir çox təhlilçi Donald Trampın Rusiya siyasətini sual edir.
«Mənim fikrimcə, Trampın Rusiya siyasəti deyə bir şey yoxdur», deyə Karneqi Moskva Mərkəzindən Andrey Kolesnkiov bildirir.
Trampın seçki kampaniyası zamanı Rusiya ilə bağlı şərhləri Vladimir Putinin xoşuna gəlmişdi və iki ölkə arasında münasibətlərin bərpasına dair ümidləri artırmışdı, eyni zamanda isə ABŞ-ın NATO müttəfiqləri arasında və Ukraynada narahatlıqların artmasına səbəb olmuşdu.
«Belə görünür ki, səkkiz ay keçməsinə baxmayaraq, onun Birləşmiş Ştatlarla Rusiya arasındakı münasibət ilə bağlı təsəvvürü reallaşmır», Ceyms Körçik söyləyir.
Buna bir səbəb odur ki, Trampın məxsus olduğu siyasi partiya və administrasiya üzvləri Rusiyanın Ukraynadakı təcavüzü və 2016-ci ildə keçirilən ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı Trampdan daha sərt mövqe sərgiləyib.
«Rusiyada böyük bir sual var idi ki, görəsən Tramp Amerika demokratiyası üzərində qələbə çalacaq, yoxsa demokratiyamı ona üstün gələcək. Hələ ki, demokratiya ona qalib gəlir. Yəni, Kremlin arxalandığı model mövcud deyil», Karneqi Moskva Mərkəzindən Andrey Kolesnikov deyir.
Trampın tonu iyul ayında dəyişdi. O, Polşada çıxışı zamanı Rusiyanı Ukrayna və digər yerlərdəki sabitliyi pozan fəaliyyətini, eləcə də Suriya və İran kimi pisniyyətli rejimlərə dəstəyini sonlandırmağa çağırıb.
Avqust ayında Tramp Rusiyaya qarşı daha sərt sanksiyalar qəbul edib.
«Prezident Tramp nə qədər də Rusiya ilə daha səmərəli münasibətlərin olmasını istəsə də, Rusiya bu əməllərini davam etdirdiyi və bu cür davranmağa davam etdiyi təqdirdə, Birləşmiş Ştatlar və Avropadakı müttəfiqləri üçün Rusiya ilə müsbət münasibət qurmaq çətin olacaq», deyə Brukinqs İnstitutundan Ceyms Körçik bildirir.
Rusiyanın baş naziri tvitterdə yazıb ki, qanunun Trampın sanksiyaları aradan qaldırmaq imkanının məhdudlaşdırması münasibətlərin yaxşılaşıcağına dair ümidlərə son qoyur.
Getidkcə daha çox rusiyalı isə bununla razılaşır.
«Fikrimcə, o hər zaman Amerika üçün xeyirli olanı edəcək. Mənə elə gəlir ki, biz ona məhəl qoymadan öz yolumuzda irəliləməliyik», deyə Moskva sakini Anastasiya bildirir.
Lakin Trampın kampaniyasının Rusiya ilə əlaqələrinə dair istintaq ikitərəfli münasibətlərin yaxın gələcəkdə soyuq qalmasına gətirib çıxaracaq.