Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
«Pxenyan diplomatik həll variantlarını qəbul etmədiyi təqdirdə, Şimali Koreya yox olacaq». APA TV-nin məlumatına görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley CNN televiziyasına bildirib.
«Şimali Koreya problemini məmnuniyyətlə ABŞ-ın müdafiə naziri general Mettisə buraxa bilərəm. Çünki onun çoxlu hərbi variantları var. Bir cavabdehlik sahibi olaraq bütün diplomatik yolları yoxlamaq istədik. Əgər bu işə yaramazsa, general Mettis bu işi həll edəcək», - deyə o qeyd edib.
Haley hərbi variantların masa üzərində olduğunu vurğulayıb: «Şimali Koreya nüvə proqramına davam edərsə, ABŞ özünü və müttəfiqlərini müdafiə etmək məcburiyyətində qalacaq və Şimali Koreya yox olacaq. Hamımız bunun fərqindəyik, ancaq heç birimiz müharibə istəmirik».
Cənubi Koreya prezidenti Mun Çje İn ilə telefonla danışan ABŞ prezidenti Donald Tramp isə Şimali Koreyaya təzyiqləri artırmaq qərarına gəldiklərini bildirib. Tramp «Twitter» hesabında Cənubi Koreya prezidenti ilə «Raket adam» adını verdiyi Kim Çen İn haqqında müzakirə apardıqlarını yazıb.
Cənubi Koreya Müdafiə Nazirliyi keçirilən birgə hərbi təlimlərdə Koreya yarımadası üzərində uçan ABŞ-ın məşhur 1B hərbi təyyarəsi ilə F-35 qırıcı təyyarələrinin həqiqi bombalar atdığını açıqlayıb. ABŞ ərazisində olan Quam adasından havaya qalxan hərbi təyyarələr Yaponiyanın üzərindən uçaraq təlimlərə qatılıb.
«Reuters»in xəbərinə görə, Çin və Rusiya da Şimali Koreya yaxınlığında hərbi dəniz təlimlərinə başlayıb. Şimali Koreya-Rusiya sərhədindəki Böyük Pyotr körfəzində keçirilən təlim iki ölkə arasında ikinci dəniz təlimidir. İlk təlim iyul ayında Baltik dənizində keçirilib.