Müharibələrdən çıxmaq problemi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
23:39 | 7 oktyabr 2017 | Şənbə
Məqaləyə 2778 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Pekin “Böyük İpək Yolu”nun Mərkəzi Asiyadan keçən hissəsinə tam nəzarət etmək istəyir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Pekinin süni adalar işini sürətləndirməsi Tokionu hərəkətə keçirdi
Qlobal qüdrət siyasəti üzrə mütəxəsisləşən jurnal redaktoru bu yaxınlarda Çinin Şimali Koreyanı ələ keçirərək dünya və Vaşinqtona nüvə silahı olmayan Koreya Yarımadası bəxş etdiyinə dair bir ssenari irəli sürüb.
«The Economist» jurnalının keçmiş baş redaktoru Bill Emmot deyib ki, Çinin belə bir addımı Pekinin təkcə Koreya Yarımadasında güclü dayaq nöqtəsi əldə etməsinə deyil, həm də geosiyasi mövqeyini və qüdrət statusunu gücləndirməsinə və mümkündür hətta barışdırıcı reputasiyası əldə etməsinə gətirib çıxara bilər.
Emmot bunun Şimali Koreyanın üzləşdiyi ən pis hərbi ssenari deyib, çünki bu, Cənubi Koreya və Yaponiya da daxil olmaqla, ABŞ-ın Asiyadakı müttəfiqlərinin Şimali Koreyanın cavab tədbirlərindən qoruyacaq.
Çinin Şimali Koreyanı ələ keçirməsiilə Şimali Koreya Çinin nüvə çətiri altına keçəcək və təhlükəsizlik zəmanətindın faydalanacaq.
O həmçinin deyib ki, Şimali Koreyalılarən bu plana əməl etmələri üçün bəzi sövqedici motivlər var. «ABŞ-la nüvə mübadiləsini viranəliyə bərabər olaraq görə bilərlər, amma Çinə tabe olmaq onlar üçün muxtariyyətlərin davam etməsi demək olacaq», deyə Emmot bildirib.
Emmot deyib ki, bu strategiya Şimali Koreya ordusunun Kimə yaxın olan qismini çıxmaqla böyük hissəsinin Çinin tərəfində keçməsinə gətirib çıxara bilər.
O deyir ki, bu cür ələ keçirmənin nəticəsində ən çox qazanan tərəf Çin olacaq.
Bundan əlavə müvəffəqiyyətli hərbi kampaniya Çinə böyük yumşaq güc ehtiyatı ilə təmin edəcək ki, buna region və bütün dünyada gələcək hadisələrə təsir göstərmək bacarığı daxildir.
Vaşinqtonun Şimali Koreyanın nüvə silahlarına sahib olmadığından əmin olmaq istəyi, bir çoxlarının ABŞ-ın ən böyük geosiyasi rəqibi olaraq gördüyü Çinə Asiya-Sakit okean regionunda ABŞ ilə daha böyük strateji və güc bərabərliyi əldə etməsinə imkan yaradır, eyni zamanda isə, Emmotun sözlərinə görə, həm Vaşinqton həm də Pekinə təhlükə yaradan qeyri-sabitlik mənbəyi yaradır.
«Bu planın mənfi tərəfi Birləşmiş Ştatların Asiyadakı statusunu və azadlıqlarını itirməsidir», Emmot deyib.
Çinin kommunist rejim olaraq qalmağa davam etdiyi müddətdə dayaq nöqtəsini genişləndirməsi demokratik cəmiyyətlər üçün ciddi narahatlıq mənbəyi olaraq qalır.
Maraq doğuran qeyd
Cümə axşamı Vaşinqtonda ABŞ prezidenti yüksək rütbəli ordu liderləri və onların xanımlarını Ağ Evdə qəbul edib və bu görüşü «fırtınadan öncəki sakitlik» olaraq təsvir edib. Müxbirlər fırtına deyərkən nəyə istinad etdiyini soruşanda isə o, «görəcəksiniz» deyə cavab verib.
Trampın keçmiş müşaviri Stiv Bannon Ağ Evdəki vəzifəsindən ayrılmadan öncə verdiyi müsahibədə deyib ki, Cənubi Koreya Şimali Koreya ilə qonşu olduğuna görə, Vaşinqton üçün bu məsələnin hərbi çıxış yolu yoxdur.
«Biri mənə şərti silahlardan ilk 30 dəqiqədə Seulda 10 milyon insanın ölməyəcəyi bir yol göstərməyənədək, mən burada heç bir hərbi çıxış yolu görmürəm», Bannon deyib.
Hazırkı ABŞ rəsmiləri Şimali Koreyaya qarşı hərbi çıxış yolunu istisna etməsələr də, Vaşinqton diplomatik həll yolları axtarmağa davam edir.