
Üz verəndə astar istəyənlər ...
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
İranlı deputat nüvə silahı prosesini gizli davam etdirməyi tələb edir
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
Polşada həyəcan, uçuşlar dayandırıldı
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
Ursula von der Leyenin çıxışı Avropa Parlamenti üzvləri tərəfindən birmənalı qarşılanmadı
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Avropa Birliyinin (AB) biznes liderləri deyirlər ki, İranın nüvə sazişini xilas etməkdən ötrü bacardıqlarını edəcəklər. Danimarkanın kredit agentliyi də Tehrana ixrac zəmanətinin müddətini uzadıb.
Məsələ bundadır ki, ABŞ prezidenti Donald Trampın gələn həftə İranın nüvə sazişini icrasına təminat verməyəcəyinə dair gözləntilər var. O, ötən həftə ABŞ ordu liderləriylə görüşdə deyib ki, Tehran «razılaşmanın ruhuna» əməl etmir və daha sonra bildirib ki, hazırda «fırtınadan öncəki sükuta» şahidlik edirlər.
«Tramp sazişə zəmanət verməmək qərarına gəlsə belə, Avropanın biznes icması ümid edir ki, bu razılaşmanın iqtisadi faydaları İranı öhdəliklərini yerinə yetirməsinə həvəsləndirəcək. Hətta əgər ABŞ fikrindən daşınsa belə», – «The Guardian» qəzeti belə yazır.
Ötən həftə Sürixdə Avropa-İran forumunda çıxış edən Avropanın Xarici Hərəkət Xidmətinin baş katibi Helqa Şmid (Helga Schmid) biznes liderlərini əmin edib ki, AB nüvə sazişinə sadiqdir.
2015-ci ildə İranın beş ölkəylə imzaladığı nüvə sazişi Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.
Trampın sənədə zəmanət verməməsi heç də sanksiyaların avtomatik geri qayıtması demək deyil. Ancaq bu, ən pis ssenari olaraq qalır.
Şmid ötən həftə bildirib ki, razılaşma birtərəfli dəyişdirilə bilməz.
«Çox aydın bir mesaj vermişik: nüvə sazişi işləyir və onsuz dünya daha az sabit olardı», – o, sözlərinə əlavə edib.
Bu ilin birinci yarısında İran-Avropa ticarətində ötən ilin eyni dövrüylə müqayisədə 94 faizlik artım qeydə alınıb. Şmidin sözlərinə görə, iranlıların sazişin faydasını birbaşa hiss etməsi vacibdir.
O, Avropa Komissiyasının Avropa İnvestisiya Bankına gələcəkdə İranda çalışmağa icazə verməklə bağlı təklif irəli sürdüyünü vurğulayıb.
Böyük banklar hələ də İran tranzaksiyalarına könülsüz yanaşırlar. Ancaq İranın 30 bankı artıq SWIFT - elektron bank sisteminə yenidən qoşulub və 200-dən artıq beynəlxalq kreditor İrandakı tərəfdaşlarla korrespondent münasibətlərə başlayıb.
İranın mötədil prezidenti Həsən Ruhani sentyabrda Nyu-Yorkda deyirdi ki, ABŞ sazişdən çıxsa, ölkə ona «qətiyyətlə» cavab verəcək. Digər İran rəsmiləri ABŞ Avropa sərmayələrini əngəlləməzsə, sazişə əməl edəcəklərinə eyham vurublar.
Danimarkanın EKF ixrac kredit agentliyinin departament direktoru Con Fredsqard Sorensen (Jørn Fredsgaard Sørensen) bildirib ki, Tehranın Maliyyə Nazirliyi ilə razılaşma imzalanıb. Bu saziş çərçivəsində hətta sanksiyalar qayıtsa belə, EKF Danimarka mallarını İrana ixrac etmək istəyənlərə 100 faizlik maliyyə təminatı verəcək.
Danimarkanın ən böyük bankı olan «Danske bank» da İranın 10 bankıyla razılaşma imzalayıb.
«Bunun hələ də İranla işləməyə həvəsli olmayan banklara rahatlıq gətirəcəyinə ümid edirik. Yəni onlar artıq İranla işləyə bilərlər, çünki biz buna sadiq qaldığımızı göstəririk», – Sorensen Avropa-İran forumu çərçivəsində qəzetə deyib.
Avstriya və İtaliyanın kredit agentlikləri də İranla oxşar razılaşmalar imzalayıblar, onlar ixrac zəmanətlərinin və kredit xətlərinin müddətini uzadıblar. Avstriyanın «Oberbank»ı bu yaxınlarda 14 İran bankıyla Avstriya layihələrinin maliyyələşdirilməsinə dair oxşar sazişlər bağlayıb.
Avropanın transmilli şirkətlərindən birinin rəhbəri adının açıqlanmaması xahişiylə deyib ki, ABŞ prezidentinin nüvə sazişinə zəmanət verməyəcəyini gözləyir, ancaq bu, heç də sazişin sonu demək olmayacaq. Onun sözlərinə görə, avropalılar baş nazirlər və siyasi xadimlər səviyyəsində nüvə razılaşmasının saxlanmasını təmin etməyə çalışırlar, üstəlik, 2000-ci illərin əvvəlində olduğu kimi, qabaqlayıcı və qoruyucu qanunvericiliklə bağlı danışıqlar aparılır.