Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
22:10 | 10 oktyabr 2017 | Çərşənbə axşamı
Məqaləyə 2317 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Oman körfəzində gərginlik
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-ABŞ münasibətlərindəki problemin səbəbkarının Vaşinqton olduğunu bəyan edib.
«Hürriyet» yazır ki, Belqradda Serbiya prezidenti ilə görüşdən sonra keçirilən mətbuat konfransında R.T.Ərdoğan deyib ki, ABŞ-ın Ankaradakı səfirinin Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmaq barədə qərar verməsi və daha sonra ABŞ dövləti adına belə bir qərar verdiyini bəyan etməsi düşündürücüdür: «Əgər vəziyyət belədirsə, ABŞ-ın yüksək vəzifəli rəsmiləri ilə müzakirə edəcəyimiz bir şey yoxdur. Əgər elə deyilsə, səfir belə bir qərarı özbaşına qəbul edibsə, ABŞ hökuməti o səfiri geri çağırmalıdır. Səfirə deyilməlidir ki, Türkiyə-ABŞ münasibətlərini necə pozursan?! Əgər bizim səfir belə bir hərəkət etsəydi, bir dəqiqə belə vəzifədə saxlamazdım».
R.T.Ərdoğan ABŞ-ın İstanbuldakı Baş Konsulluğunda çalışan şəxsin FETÖ terror təşkilatı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılması və həbs edilməsi, daha sonra isə konsulluqda çalışan başqa bir şəxs barədə də həbs qərarı verilməsinə toxunub: «Bu, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunda nələrinsə baş verdiyini göstərir. Bu casuslar ABŞ konsulluğuna necə sızıb? Sızmayıblarsa, bu şəxsləri Baş Konsulluğa kimlər işə götürüb? Heç bir dövlət onu daxildən təhdid edəcək casuslara imkan verməz. Dünən də bəyan etdim, Türkiyə bir qəbilə dövləti deyil, belə münasibətə yol verə bilməz. Həmin səfir hazırda vida ziyarətləri həyata keçirir. Biz o səfirin vida ziyarətlərini qəbul etmirik, o səfiri ABŞ-ın Türkiyədəki təmsilçisi də saymırıq».
Qeyd edək ki, oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M.Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb. FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinən ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun daha bir türkiyəli əməkdaşı barədə də həbs qərarı verilib.