Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
23:40 | 19 oktyabr 2017 | Cümə axşamı
Məqaləyə 1880 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Rusiya ABŞ-ın ortamənzilli nüvə sazişindən çıxdığı halda buna dərhal və eyni şəkildə cavab veriləcəyini bildirib. Bu bəyanatla bu gün Rusiya prezidenti Vladimir Putin çıxış edib.
Putin bildirib ki, Moskva digər ölkələrə cavab olaraq yeni silah sistemini inkişaf etdirməyə hazırdır.
Prezident Vladimir Putin ABŞ-ın Rusiyada fəaliyyət göstərən media qurumlarını hədələyərək deyib ki, əgər Birləşmiş Ştatların rəsmiləri ABŞ-da işləyən Rusiya medialarına məhdudiyyətlər qoysalar, onda Moskva buna bənzər məhdudiyyətlər tətbiq edəcək.
Putin bu bəyanatı oktyabrın 19-da Soçidəki Valday Diskussiya Klubunda beynəlxalq xarici siyasət ekspertlərinin qarşısında çıxış edərkən verib.
Moskva bildirib ki, ABŞ rəsmiləri keçmişdə «Russia Today» kimi tanınan «RT TV» və «Sputnik» xəbər portalı da daxil Rusiyanın dövlətə bağlı medialarından ABŞ-da «xarici agent» qismində qeydiyyatdan keçməyi tələb edirlər.
ABŞ-ın Xarici Agentlərin Qeydiyyatı haqqında qanunu 1930-cu illərdə nasist təbliğatının qarşısının alınması məqsədilə qəbul edilib.
ABŞ kəşfiyyatının yanvar ayında açıqlanmış hesabatında deyilirdi ki, «RT» və «Sputnik Moskva»nın 2016-cı il ABŞ seçkisinə müdaxilə kampaniyasında iştirak edib. Bundan sonra ABŞ rəsmiləri Rusiya mediasının Birləşmiş Ştatların qanunlarına riayət etməsini tələb edirlər.
Bununla belə ABŞ-ın Ədliyyə Nazirliyi xarici agentlər qanununun tətbiqinə başlandığına dair xəbərləri təsdiqləməyib.
Buna cavab olaraq Rusiya rəsmiləri bildirmişdilər ki, CNN, «Amerikanın Səsi» və «AzadlıqRadiosu» kimi media qurumlarına da Rusiyada məhdudiyyətlər tətbiq edilə bilər.
Putin məhdudiyyətlərin konkret olaraq nədən ibarət ola biləcəyi məsələsinə toxunmayıb.
Burası da var ki, «RT»-nin ABŞ-da öz verilişlərini kabel televiziyası vasitəsilə sərbəst yayınladığı və «Sputnik» radiosunun Vaşinqtonda öz FM tezliyinin olmasına baxmayaraq, «AzadlıqRadiosu» və «Amerikanın Səsi» üçün Rusiyada eyni şərait yaradılmayıb.