Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
01:57 | 28 oktyabr 2017 | Şənbə
Məqaləyə 2416 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
ABŞ-da Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Donald Trampın komandasının Rusiya ilə gizli əlaqələrinə dair təhqiqat aparan xüsusi prokuror Robert Müller ilk ittihamlarını irəli sürüb. Bu barədə CNN məlumat yayıb.
İttihamlar Vaşinqtondakı Böyük Jüri tərəfindən təsdiqlənib. Lakin federal hakimin qərarına əsasən cinayət işinin materiallarının əldə edilməsinə məhdudiyyət qoyulub. Bu səbəblə ittihamların xarakteri, eləcə də iş üzrə adı keçən şəxslərin kimliyi və sayı bəlli deyil. Lakin oktyabrın 30-dan etibarən ilk həbslərin başlayacağı bildirilir.
R.Müllerin nümayəndəsi şərh verməkdən imtina edib.
Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun (FTB) sabiq direktoru Robert Müller bu ilin mayında «Rusiya işi» ilə bağlı xüsusi prokuror təyin olunub. Təhqiqatı baş prokurorun-ədliyyə nazirinin müavini Rod Rozenşteyn koordinasiya edir. R.Rozenşteyn prezident Donald Tramp tərəfindən FTB direktoru Ceyms Kominin işdən kənarlaşdırılmasından sonra xüsusi prokuror təyinatını həyata keçirib. R.Müller C.Kominin 2016-cı ilin iyulunda başladığı təhqiqatı davam etdirib və genişləndirib. Təhqiqat D.Trampın köməkçiləri, onların Rusiya təmsilçiləri ilə görüşləri, seçki kampaniyasının maliyyələşdirilməsi məsələləri üzərində cəmlənib. Əsas şübhəlilərdən biri Trampın seçki qərargahının sabiq rəhbəri Pol Manafortdur. P.Manafortun çirkli pulların yuyulmasında ittiham oluna biləcəyi iddia edilir.
Müxalif demokratlar təhqiqatın nəticələrinin Donald Trampın vəzifədə kənarlaşdırılması (impiçment) üçün əsas yaradacağına ümid bəsləyirlər.