Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
16:52 | 17 noyabr 2017 | Cümə
Məqaləyə 2644 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Oman körfəzində gərginlik
ABŞ-da saxlanmış İran əsilli azərbaycanlı biznesmen, eyni zamana Türkiyə vətəndaşlığı daşıyan biznesmen Rza Zərrab noyabrın 16-da məhkəmənin ikinci iclasına gəlməyib. Bu, İranın ABŞ sanksiyalarını pozmasına yardımda suçlanan qızıl ticarətçisinin amerikalı müstəntiqlərlə əməkdaşlıq etməsi barədə spekulyasiyalar yaradıb.
«NBC News» noyabrın 16-da məlumat yayıb ki, Rza Zərrab hazırda Türkiyənin yüksək çinli məmurlarının iştirakıyla çirkli pulyuma işində amerikalı müstəntiqlərlə əməkdaşlıq edir. NBC «məsəldən xəbərdar» anonim mənbələrə istinadla yazıb ki, Zərrab hazırda ABŞ-da həbsxanada deyil və prokurorlar onu naməlum bir yerdə saxlayırlar.«Bloomberg News» da noyabrın 16-da «işlə tanış olan iki nəfərə» istinadla yazıb ki, Zərrab «ABŞ-da saxlanır, ancaq federal həbsxanada deyil. Bəzən təqsirləndirilən şəxs hökumət şahidi olmağa razılaşanda belə şey baş verir».
Zarrab və vəkilləri noyabrın 16-da ABŞ-da Manhetten məhkəməsində hazırlıq iclasına qatılmayıblar. Onunla birlikdə təqsirləndirilən, Türkiyədə bank rəhbəri olmuş Mehmet Akan Attilanın vəkili deyib ki, Zərrab artıq ikinci hazırlıq iclasıdır ki, gəlmir və görünür, Zərrab daha bu işdə müdafiə olunmur.
Bu o deməkdir ki, əgər Zərrab istintaqla əməkdaşlığa razılaşıbsa kimlərisə ələ verib, yaxud verəcək. Onun İran pullarının Türkiyə üzərindən «yuyulması» əməliyyatı və digər məsələlərlə bağlı bir çox nüfuzlu şəxslərin adlarını çəkə biləcəyi təxmin olunur.
İranın sanksiyalarını necə pozduğunu araşdıracaq məhkəmə noyabrın 27-də başlanmalıdır. NBC əlavə detallar açıqlamasa da, Zərrabın hakimiyyətlə əməkdaşlıq edə biləcəyi versiyasını irəli sürüb. Hazırda ABŞ-ın xüsusi prokuroru Robert Müller Zərrabla bağlı bir məsələni araşdırır – Türkiyə rəsmilərinin Zərrabın buraxılması, eləcə də Fətullah Gülənin deportasiyası üçün keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinnə 15 milyon dollar verməyi müzakirə etməsini.
Qeyd edək ki, Türkiyə dəfələrlə Ağ evi Zərrabın işinə müdaxilə etməyə, onu azadlığa buraxmağa çağırıb. ABŞ-ın Nyu-York cənub rayonunun prokurorluğundan, eləcə də Zərrabın əsas vəkili Ben Brafmandan açıqlama almaq mümkün olmayıb.
Ötən həftə ABŞ Federal Məhkumlar Bürosu vebsaytında 34 yaşlı Zərrabı noyabrın 8-də həbsxanadan buraxılmış kimi göstərib. Ancaq ABŞ prokurorları bunun səhv olduğunu, Zərrabın həbsdə qaldığını bildiriblər. Bundan sonra Türkiyə ABŞ-a Zərrabla bağlı sorğu göndərdiyini açıqlayıb. Vaşinqton Ankaraya Zərrabın «tibbi baxımdan yaxşı durumda» olduğunu bildirib.
Xatırladaq ki, bundan əvvəl Zərrabın həbsxanada başqa məhbus tərəfindən bıçaqlandığı, lakin onun xilas edildiyi haqda xəbərlər yayılmışdı.