Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
23:43 | 24 noyabr 2017 | Cümə
Məqaləyə 2980 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Çexiya məhkəməsi şübhəli rusiyalı hakerin Birləşmiş Ştatlara təhvil verilməsinə dair qərar çıxarıb. Praqa Ali Məhkəməsi noyabrın 24-də Yevgeni Nikulinin ekstradisiyasına icazə verən məhkəmə hökmünü qüvvədə saxlayıb. Birləşmiş Ştatlar onu kompüterlərə haker hücumunda, «LinkedIn» və «Dropbox» kimi böyük internet şirkətlərindən informasiya oğurlamaqda ittiham edir.
Rusiyaya qarşı şikayəti geri götürüb
Moskva həmişə ABŞ-ın üçüncü ölkələrdən vətəndaşlarını ekstradisiya etməkdə suçlayır və Nikulinin başqa bir internet oğurluğu ittihamıyla ekstradisiyasına çalışıb.
İndi son qərarı Çexiyanın ədliyyə naziri verməlidir. O, bir ölkəyə ekstradisiyanı təsdiqləməklə digərinin istəyinin üstündən xətt çəkə bilər.
Nikulin öncə hər iki ölkəyə ekstradisiyasından şikayət vermişdi, sonradan Rusiyaya qarşı şikayətini geri çəkdi.
O, 2016-cı ilin oktyabrında Çexiyada, ABŞ hökumətinin «İnterpol»a sorğusu əsasında saxlanıb.
Bu ekstradisiya qərarının çıxdığı dönəmdə ABŞ-da müstəntiqlər Rusiyanın ötənilki prezident seçkisinə mümkün müdaxiləsini araşdırır.
ABŞ-ın ittihamı
ABŞ kəşfiyyatı belə bir nəticəyə gəlib ki, Rusiya haker hücumları, propaqanda vasitəsiylə 2016-cı ilin noyabrında prezident seçkisinə müdaxiləyə cəhd göstərib.
Moskva iddiaları danır.
Nikulinin vəkillərindən biri bu ilin əvvəlində iddia edib ki, Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri onun müştərisinin seçkidən öncə ABŞ Demokratlar Partiyasına haker hücumunu boynuna almasına çalışırlar.
Nikulin məhkəmədə deyib ki, Demokratlar partiyasına kiberhücumda iştirak etməyib, Birləşmiş Ştatlarda ona irəli sürülən ittihamlarla bağlı özünü təqsirli bilmir.