İranda intiharlar gizlədilir
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Rusiya, Türkiyə və İran prezidentlərinin Soçi görüşü mahiyyətinə görə 1943-cü ildə keçirilmiş Tehran görüşü ilə müqayisə oluna bilər. O zaman Tehrana toplaşan SSRİ, ABŞ və Böyük Britaniya liderləri faşist işğalından sonra Avropanın gələcəyini müzakirə etmişdilər. Tehran görüşü keçirilən zaman müharibənin başa çatmasına hələ iki il vardı, lakin nasist Almaniyası istisna olmaqla heç kəs Tehran masası arxasında qaliblərin əyləşdiyinə artıq şübhə etmirdi. Soçi görüşü də Suriya müharibəsinin qaliblərinin görüşü idi. Yeddinci ilə qədəm basmış müharibədə artıq qalib tərəflər var - ilk gündən Əsəd rejiminin müdafiəsinə qalxmış İran, üç il sonra İranın təhriki ilə «ikinci cəbhə» açan Rusiya və daxili və xarici amillərin diktəsi ilə mövqeyində 180 dərəcəlik dəyişiklik etməyə məcbur qalan, gələcək qaliblərin sırasına keçən Türkiyə.
Bəs Suriyada İŞİD varlığına son qoyduqdan sonra ölkənin gələcək taleyi necə olacaq? Soçidə bu sualın cavabı verildi, amma cavabın qənaətbəxş olduğunu söyləmək üçün hələ tezdir. Qaliblərin Suriyanın müalicəsi üçün yazdıqları reseptdə üç «dərman» var - siyasi böhranın sülh yolu ilə həlli, Konstitusiya islahatları və BMT-nin nəzarəti altında ümummilli seçkilər. Reseptə baxdıqda Suriya bu dərmanları mərhələli şəkildə qəbul etməlidir, yəni ölkənin bütün siyasi, etnik və dini qüvvələri bir masa arxasında əyləşərək sülh yoluna razı olmasa, Konstitusiya islahatları və ümummilli seçkilər keçirmək mümkün olmayacaq. Soçi görüşündə bu amil nəzərə alınıb, Rusiya prezidenti görüləcək ilk işin Suriya iqtidarı və müxalifətinin bir araya gətirilməsi olduğunu deyib.
Təbii ki, siyasi qüvvələrin müəyyənləşməsində müəyyən filtrlərdən də istifadə ediləcək. Putinin müəyyənləşdirdiyi filtr «əli qana batmamış qüvvələr»dir, Ərdoğan isə Suriyanın ərazi bütövlüyünə qarşı çıxan qüvvələrin dialoq masası arxasına əyləşməsini mümkünsüz sayır. Türkiyə prezidentinin hədəfi bəllidir, «ərazi bütövlüyünə qarşı çıxan qüvvələr» dedikdə PKK terror təşkilatının Suriya qanadı olan PYD/YPG terrorçuları nəzərdə tutulur. Ankara PYD/YPG terrorçularına qırmızı işıq yandırmaq istəyir, lakin ən azı Rusiyanın Ərdoğanın bu mövqeyini sonadək dəstəkləyəcəyi hələlik sual altındadır. Suriyanın şimalı hələlik ABŞ-ın açıq dəstəyinə sahib olan PYD/YPG terrorçularının nəzarətindədir, onları dialoqdan kənarda qoymaq sülh yolu ilə həll və ölkənin bütün ərazisini əhatə edəcək ümummilli seçkilər keçirməyi mümkünsüz edir. Kürd separatçıların iştirakı olmadan Suriya Milli Dialoq Konqresinin nə dərəcədə effekti quruma çevriləcəyi mübahisəli məsələdir.
Bu mübahisəni həll etməyin, Ankaranın təklif etdiyi formulu gerçəkləşdirməyin iki yolu var. PYD/YPG terrorçularına silahı yerə qoymaq və mərkəzi hökumətə tabe olmaq təklifi, əgər bu alınmasa İŞİD-ə qarşı keçirilən əməliyyatların analoqunun Suriyanın şimalında keçirilməsi. Bu məsələdə İran və Türkiyənin maraqları üst-üstə düşə bilər, Rusiyanın isə PYD/YPG-yə münasibətinin dəyişəcəyi isə şübhə altındadır. Ankara və Tehran İraqda Bərzani avantürasına qarşı da eyni mövqe nümayiş etdirmişdi, Rusiyanın mövqeyi isə nisbi müttəfiqlərinin mövqeyindən fərqlənirdi. Rusiya Bərzaninin avantürasına açıq şəkildə yox demədi, İraqın şimalından keçən neft kəmərini satın aldı, bununla Türkiyəni Bərzaniyə qarşı ən təsirli təzyiq vasitəsindən məhrum etdi. Ruslar İraqda «kürd kartı»nı Qərbə uduzmaq istəmədi, Suriyada da uduzmaq istəməyəcək. Bu səbəbdən Ərdoğanın kürdləri Suriyanın gələcəyinə dair planlardan uzaqlaşdırmaq istəyinin reallaşacağı hələ də sual doğurur.
Suriyanın gələcəyi ilə bağlı planların baş tutacaqmı? Çünki təhlil olunan situasiyada Suriyada ciddi maraqları olan ABŞ və İsrailin, İranla müharibəyə hazırlaşan Səudiyyə Ərəbistanının, arxa planda qalsa da, Suriya müxalifətini davamlı dəstəkləyən Avropanın maraqlarını, bu planlara qarşı çıxma güclərini hesablamadan bu suala hə cavabı vermək sadəlövhlük olardı.