Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
23:34 | 26 noyabr 2017 | Bazar
Məqaləyə 2744 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Məlum olduğu kimi, bu həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında baş tutan telefon danışığı zamanı ABŞ tərəfi PKK terror təşkilatının YPG qoluna silah verməyəcəyini bildirib.
Belə ki, Ərdoğan ABŞ-ın YPG-yə silah verməsi ilə bağlı narahatlığını Trampa çatdırıb. ABŞ prezidenti isə qəti şəkildə deyib ki, bundan sonra YPG-yə silah verilməyəcək.
Buna baxmayaraq, bəzi ölkələr PKK-ya hələ də maddi və silah dəstəyi verir. Türkiyə KİV-lərinin məlumatına görə, 19 ölkə PKK-ya yardım edir.
PKK-ya silah verən ölkələr arasında Rusiya, Böyük Britaniya, Almaniya, İtaliya, Çin, İspaniya, İsrail kimi dövlətlərin adları qeyd olunub.
İddialara görə, Serbiya PKK ilə birgə Balkanlarda narkotik ticarəti həyata keçirir. Hollandiya, Belçika, İsveçrə, Yunanıstan, Fransa, Danimarka isə terror təşkilatına siyasi dəstək verirlər.
Suriya, İraq və Ermənistanın xüsusi xidmət orqanları isə PKK terrorçularına hərbi təlimlər keçməklə, silahlıların Türkiyə əleyhinə hazırlanmasında bilavasitə iştirak edirlər.
Ermənistanın kürd terrorçulara dəstək verməsi heç kimə sirr deyil.
Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey Ermənistanın işğal etdiyi Qarabağda 12 PKK düşərgəsi yaratdığını və həmin düşərgələrdə 1750 PKK yaraqlısı yerləşdirildiyini bildirib.
ASİMDER başqanı deyib ki, erməni gənclər işğal altındakı Azərbaycan ərazilərində hərbi xidmət keçmək və ölmək istəmirlər. Nəticədə qaçıb Avropa və Rusiyaya gedirlər. Bu səbəbdən muzdlu PKK döyüşçüləri Qarabağa yerləşdirilir. (azvision.az)