Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
22:31 | 28 noyabr 2017 | Çərşənbə axşamı
Məqaləyə 2670 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Oman körfəzində gərginlik
İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları pozmaqda və bu ölkəyə aid on milyardlarla dollar pulu qurama şirkətlər üzərindən, yaxud nağd şəkildə daşımaqda ittiham olunaraq ABŞ-da həbs edilən İran azərbaycanlısı Rza Zərrabın istintaqla anlaşaraq Türkiyə rəhbərliyi əleyhinə ifadələr verdiyinə dair şübhələr artır.
Virtualaz.org xəbər verir ki, hazırda Federal Təhqiqatlar Bürosunun nəzarətində saxlanılan, ancaq həbsxanadan çıxarıldığı təxmin edilən iranlı qızıl tacirinin bu həftə keçiriləcək məhkəmə dinləməsinə qatılmayacağı dəqiqləşib. Bu haqda «Reuters» bildirir.
34 yaşlı Zərrab iki aylıq istintaqın ardınca məhkəmədə görünmür və Türkiyənin baş naziri Binəli İldırım belə bir nəticəyə gəlib ki, iranlı tacir ABŞ hakimiyyət orqanları ilə sövdələşməyə girib.
Zərrab və Türkiyənin keçmiş iqtisadiyyat naziri, habelə Türkiyənin dövlət bankı olan «Halkbank»ın üç icraçı direktoru da daxili daha 8 nəfərə qarşı 2010-2015-ci illərdə İran hökuməti və İran şirkətlərinin ABŞ sanksiyalarından yan keçə bilməsi üçün yüz milyonlarla dollarlıq tranşlarda iştiraka görə ittiham irəli sürülüb. Prokurorlar bildirirlər ki, müttəhimlər İrana və İran vahidlərinə qızıl və valyutanın köçürülməsində və bəzən bu tranşların guya əmtəə alışı kimi formallaşdırılmasında iştirak ediblər.
Hələlik ABŞ hakimiyyət orqanları yalnız Zərrabı və «Haklbank»ın icraçı direktorlarından biri olan Mehmet Hakan Atillanı həbs ediblər.
Nyu-Yorkun Manhetten dairə məhkəməsinin hakimi Riçard Berman noyabrın 27-də andlılara bildirib ki, 47 yaşlı Hakan Atilla bu məhkəmədə mühakimə edilən yeganə şəxs olacaq. Məhkəmə dinləmələrinə andlıların heyəti tam formalaşandan sonra başlanacaq və proses təxminən 3-4 həftə çəkəcək. Zərrabın vəkili Benjamin Brafman onun müştərisinin niyə məhkəmədə olmadığına dair suallara cavab verməyib.
Bu məsələ Türkiyədə çox həssaslıqla qəbul edilir, çünki prokurorlar Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanın bu işdə iştirak etdiyini bildirirlər. Çağlayan ittihamları rədd edir. Türkiyə hökuməti bildirir ki, bu iş siyasi motivlərlə qondarılıb. Eyni zamanda bu məsələ NATO-nun iki üzvü – Türkiyə və ABŞ arasındakı münasibətləri gərginləşdirib. Proseslə əlaqədar investorların Türkiyəyə marağı soyuyub və nəticədə milli valyuta lirənin məzənnəsi rekord səviyyəyə enib.
Prokurorlar dörd həftə bundan əvvəl hazırladıqları sənəddə bildirirdilər ki, Zərrab onlara iddia edilən İran sxemi ilə əlaqədar birbaşa Ərdoğanla danışdığını deyib. ABŞ-ın NBC telekanalının saytındakı məqalədə deyilir ki, Zərrab bu məhkəmə işi üzrə şahidlərin siyahısına daxil edilib.
«Financial Times» yazır ki, Rza Zərrabla bağlı məsələnin ciddiliyi Türkiyə hökumətini hətta Gülən məsələsini də unutmağa məcbur edib. Çünki məhkəmə prosesində Ərdoğanın yaxın çevrəsinə daxil adamların danışıqları olan lentlər də açılana bilər. Adının çəkilməsini istəməyən bir Ankara rəsmisi deyib ki, «bu çox ciddi məsələdir». «Biz ABŞ-la bir problemi həll etməmiş üç yeni problem yaranır» -rəsmi deyib.
Rəsmi etiraf edib ki, Türkiyə ABŞ və Avropadan uzaqlaşaraq Rusiya və İranla alyansa meyl edib və indi, hələ gec deyilkən Qərb Türkiyənin strateji önəmini başa düşməlidir. Qəzet yazır ki, Türkiyə ədliyyəsi, deyəsən, Zərrabın mühakiməsinin Tramp administrasiyasından asılı olmadığını elə də yaxşı dərk eləmir.
Zərrabın işi Türkiyənin 6 bankının 20 milyard dollar məbləğində cərimə edilməsi barədə hökmlə başa çata bilər. Türkiyənin maliyyə bazarında baş verənlər nəzərə alınarsa, bu, Ankara üçün ağır zərbə olardı. ABŞ-ın İran sanksiyalarını pozduğuna görə fransız banklarından BNP Paribas üç il bundan əvvəl 8,9 milyard dollar ödəməli olmuşdu.
Bəs Türkiyə 20 milyard dollarlıq cərimənin öhdəsindən gələ bilərmi?
»Ödəsən təqsirini etiraf etmiş olacaqsan. Ödəməsən, beynəlxalq bank sistemi ilə əlaqən bloklana, dövlət aktivlərin müsadirə edilə bilər»-nüfuzlu maliyyəçi bu suala belə cavab verib.
Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ İrana qarşı ABŞ sanksiyalarını pozmaqda ittiham olunan Rza Zərrabın işini »heç şübhəsiz Türkiyəyə qarşı hazırlanmış qəsd və heç bir hüquqi əsası olmayan iş» adlandırıb. O deyib ki, ola bilsin, Zərrabı hədələyərək »ittihamları öz üstündən atmağa məcbur ediblər».
»Onlar Zərrab işindən istifadə edərək Türkiyə üzərinə müəyyən sanksiyalar qoymağa çalışırlar, amma İranla Türkiyə arasında olan ticarət bizim qanunlarımıza və beynəlxalq qanunlara tamamilə uyğundur», - Bozdağ bildirib.
Bu arada son məlumata görə İstanbul Cümhuriyyət prokurorluğu Zərrabın işi ilə bağlı Türkiyədən ABŞ-a «saxta dəlillər» aparmaqda ittiham olunan keçmiş CHP millət vəkili Aykan Ərdəmir və banklara nəzarət qurumunun üzvü olan Osman Zəki Canıtezin barəsində həbs sanksiyası verib. Hər iki şəxsin adı Zərrabın işini aparan hakim Con Kim tərəfindən şahid qismində elan edilmişdi. Türkiyə hakimiyyəti isə onları FETÖ-çu kimi axtarır.
Zərrab məsələsi hazırda Türkiyə siyasətinin və mediasının bir nömrəli mövzusudur. MHP lideri Dövlət Baxçalı bu gün parlamentdə partiyasının qrup toplantısında çıxışı zamanı Zərrabı «şarlatan» adlandırıb, onun Türkiyə vətəndaşlığından çıxarılmasını tələb edib: «Bu şarlatan Türkiyəyə təhvil verilməli, burada mühakimə olunmalıdır».