Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Bu həftə baş verən iki partlayış dünyada ən çox tələbat duyulan iki enerji daşıyıcısının - neftin və qazın qiymətlərinin bahalaşmasına səbəb oldu. Avstriyada Avropanın ən böyük qazpaylayıcı stansiyasındakı partlayışdan sonra qitə ölkələrinin bir neçəsinə nəql dayandırıldı. ABŞ-da baş verən terror aktı isə birjalarda da «partlayış» effekti yaratdı. Neft illik rekordu yenilədi, digər markalar üçün indikator rolunu oynayan «Brent» neftinin qiyməti 66 dollaradək bahalaşdı, bununla da illik rekord müəyyənləşdi.
Lakin proses çox çəkmədi. Ertəsi gün «qara qızıl» 2 dollardan çox dəyər itirdi. Səbəb yenə okeanın o tayı ilə bağlı idi. ABŞ-da ölkədə neft ehtiyatlarının ardıcıl dördüncü həftə azalacağı gözlənildiyi, bundan əlavə, ehtiyatların 7,38 milyon barel azaldığı və bunun davam edəcəyi açıqlandı.
Bununla yanaşı, OPEK və Rusiya başda olmaqla qeyri-kartel ölkələrinin neftin istehsalını azaltmaqla qiymətləri bahalaşdırmaq siyasəti öz effektini tam göstərmir. Hesabatlardan məlum olur ki, ümumiyyətlə, dünya ölkələrinin neft ehtiyatları azalır. Yəni qiymətlərin gözlənilən səviyyəyə qalxmamasının yeganə səbəbkarı həm də ABŞ deyil.
Həftənin əvvəlinə gəlincə, ilk seansı «Brent» 63, 26 dollarla açmışdı, bu markaya paralel olaraq Qərbi Texas nefti 57,24 dollardan satılırdı. Birjaların son ticarət sessiyaları ərəfəsində ABŞ-da hasilata cəlb olunan buruqların sayına dair açıqlanan hesabat qiymətlərə mənfi təsir göstərirdi. İki marka arasında qiymət fərqinin 6 dollardan çox olması isə ABŞ-ın qiymətlərin formalaşmasında rolunu OPEK-ə uduzması mənasına gəlirdi. Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin qlobal neft paktından çıxacağını bəyan etməsi də qiymətlərin kəskin ucuzlaşacağını deməyə əsas verirdi. Bu ölkənin energetika naziri BƏƏ-nin və OPEK-ə üzv olmayan neft dövlətlərinin iyun ayında hasilatın azaldılmasına dair sazişdən çıxacaqlarını bəyan etdi, lakin bu addımın qlobal neft paktının həmin tarixədək qüvvədən düşəcəyi anlamına gəlmədiyini söylədi. Əks-təsirə səbəb ola biləcək məqamlardan biri isə Afrika ölkəsi olan Nigeriyanın neft müəssisələrində başlaya biləcək tətillər idi. Bahalaşmaya səbəb olacaq başqa bir amil isə Şimal dənizində mühüm neft kəmərlərindən birinin fəaliyyətini bir neçə həftəlik dayandırması idi. Məhz bu fakt kəskin ucuzlaşmadan sonra az da olsa, qiymət artımı ilə nəticələndi.
Önümüzdəki həftədə isə Federal Ehtiyat Sisteminin dolların uçot dərəcəsini artırmaq qərarının neft bazarına təsirini izləmək lazım gələcək. Görünən odur ki, qiymətlərin yüksəlməsini tormozlayan əsas səbəb ABŞ-dan qaynaqlanır. OPEK istehsalın azaldılmasını 2018-ci ilin sonuna qədər uzatdıqdan sonra, gələn il ABŞ-da gündəlik istehsal 10 milyon bareldən çox olmaqla rekord səviyyəyə çatacağı bildirilib, bu isə ucuzlaşma deməkdir. Bahalaşmaya gəlincə... Yaxın Şərqdə və yaxud istənilən neft hasilatçısı olan ölkədə müharibə və sabitliyin pozulması kimi hal baş verməsə, qiymətlərin 70 dollara çatması barədə ümidlər özünü doğrultmayacaq.