Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:02 | 19 fevral 2018 | Bazar ertəsi
Məqaləyə 2639 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Bu gün fevralın 18-nə keçən gecə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasına bağlı «Carney» esminetsi Qara dənizə daxil olub. Virtualaz.org xəbər verir ki, bundan əvvəl Amerika donanmasının «Ross» esminetsi Qara dənizə daxil olmuşdu. Həmin esminets ötən il Suriyada hökumət qüvvələrinin aerodromuna raket zərbələri endirmişdi.
Birləşmiş Ştatlar donanmasının gəmiləri vaxtaşırı olaraq Qara dəniz akvatoriyasına daxil olur. Lakin birdən-birə iki esminetsin Rusiyanın birbaşa maraq zonasında görünməsi qeyri-adi haldır. Hər iki esminets «Tomohawk» qanadlı raketləri ilə silahlanıb. Birləşmiş Ştatlar donanmasının komandanlığı Qara dənizdə bu qeyri-adi fəallığı «təhlükəsizliyə dair dəniz əməliyyatlarının keçirilməsi» ilə əsaslandırıb.
«ABŞ Hərbi Dəniz Qüvvələrinin ikinci gəmisinin Qara dənizə daxil olması donanmaya regionda əməliyyat iştirakını dəstəkləməyə imkan verən qrafik çərçivəsində baş verir», - 6-cı donanmanın komandanlığı bildirir.
«Carney» esminetsinin komandiri, vitse-admiral Kristofer Qredi qeyd edib ki, eyni vaxtda iki gəminin Qara dənizdə olması əvvəlcədən planlaşdırılıb və hansısa hadisəyə reaksiya deyil. «Biz əvvəlcədən seçdiyimiz vaxt və temp əsasında bu strateji vacib regionda işləyirik. Gəmilər təbiətcə çevik və mobil qüvvələrdir, Hərbi Dəniz Qüvvələri etibarlı qüvvələri bizim dünyadakı maraqlarımızın müdafiəsi üçün unikal şəkildə nümayiş etdirmək imkanındadır», - admiral deyib.
Sonuncu dəfə ABŞ-ın iki gəmisi Qara dənizdə eyni vaxtda ötən ilin iyulunda keçirilən «Sea Breeze» Amerika-Ukrayna təlimlərində olub. Montre razılaşmasına əsasən Qara dəniz sahilində yerləşməyən ölkələrin hərbi gəmiləri dənizdə ən çoxu 21 gün qala bilərlər. ABŞ gəmilərinin Qara dənizə daxil olması Rusiyada həmişə qıcıq doğurur.
Birləşmiş Ştatlar donanmasının Qara dənizdə son fəallığı Suriyada Rusiya muzdlularının kürdlərdən ibarət «Suriya Demokrati Qüvvələri»nin nəzarətindəki neft-qaz bölgəsinə hücumu zamanı Amerika aviasiyası tərəfindən darmadağın edilməsindən sonraya təsadüf edir. Habelə Ukrayna Hərbi Hava Qüvvələri fevralın 15-də bəyan edib ki, Rusiya strateji bombardmançıları Krım və Donbass üzərində uçuşlar keçirərək Ukraynanın materik hissəsinə kütləvi zərbələri sınaqdan keçirib.