Putinin şübhələri ...
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
13:37 | 19 fevral 2018 | Bazar ertəsi
Məqaləyə 2371 dəfə baxılıb
Şriftin ölçüsü
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
20-29 yaş arası gənclərin sayı 40, doğuş səviyyəsi isə 25 faiz azalıb
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Daxili maliyyə təzyiqi artır – əmanətlər, valyuta çatışmazlığı və yeni model riskləri
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Suriyanın Deyr əz-Zor əyalətində fevralın 7-də ABŞ-ın dəstəklədiyi «Suriya Demokratik Qüvvələri»nin nəzarətində olan neft-qaz yataqlarını ələ keçirmək üçün hücum edən, lakin Amerika aviasiyası tərəfindən darmadağın olunan Rusiya muzdlu döyüşçülərinin aqibətinə dair hər gün yeni məlumatlar yayılır. Virtualaz.org xəbər verir ki, «Vagnerin ordusu» kimi tanınan Rusiya muzdlularının yüzlərlə itki verdiyi bildirilir. Ölənlərin sayına dair rəqəmlər 215-dən 600-ə qədər dəyişir. Üstəlik çoxlu ağır yaralı var.
Rusiya mənbələrində yer alan məlumatlara görə yaralıları Moskva, Sankt-Peterburq və Rostov hospitallarına daşıyırlar. Hətta bildirilir ki, Moskva ətrafındakı Ximki hospitalına daxil olan yaralıların sayı palatalardakı boş yerlərin sayından çox olduğundan onları dəhlizlərdə yerləşdirməli olublar.
«Himkinsk hospitalından yazıram-mən bu qədər «döyüş 300-lərini» (yaralılar) sonuncu dəfə 2014-cü ilin avqust-sentyabr ayında görmüşəm», - Yevgeni Şabayev adlı istifadəsi «Vkontakte» sosial şəbəkəsində yazır.
Qeyd edək ki, 2014-cü ilin avqust-sentyabr aylarında Ukraynanın şərqində gedən qızğın döyüşlərdə Rusiya ordusu və muzdlu dəstələri də ağır itkilər vermişdi.
Qondarma «Donetsk Xalq Respublikası» silahlı dəstələrinin keçmiş döyüşçüsü Mixail Polınkov da hospitala baş çəkib və çoxsaylı ağır yaralıların olduğunu görüb.
«Hospitala getdim, Hişam ətrafında (Deyr əz-Zor vilayəti) «ətçəkəndən» keçənlərdən birinə ba çəkdim. Qısaca nə deyə bilərəm. Ölənlərin sayının 600-ə yaxın olduğu haqda deyilənlər mif deyil. Üç hücum qruplaşması olub, hərəsində orta hesabla 300 nəfər, ruslardan və donbasslılardan ibarət. Üstəgəl artdiviziyon və zirehli qrup», - Polınkov yazır.
O, baş çəkdiyi yaralı ilə söhbət edib və səsini diktofona yazdırıb. Bildirib ki, baş verənlərə dair indiyədək yayılan xəbərlərin doğruluğuna əmin olub. Döyüşçünün danışdıqlarını internetdə yerləşdirən Polınkov bildirir: «Fərqi yoxdur buna görə mənə nə deyəcəklər. Məni tanıyanlar bilir ki, satqınlıq əlimdən gəlmir. Qalanlar isə... Əgər kimsə doğrudan da həqiqəti öyrənmək istəyirsə qoy üç hospitala baş çəksin və yaralılarla danışsın. Onlar həddən artıq çoxdur. Vişnevskidə bəziləri hətta dəhlizlərdə yerləşdirilib».
Polinkovun söhbətləşdiyi yaralı deyir ki, onlar hər dəfə Suriyaya ezam ediləndə itki verirdilər. Beləsi isə hələ görünməmişdi. Belə məlum olur ki, muzdlular Suriyaya göndərilməzdən əvvəl «Europolis» adlı şirkətlə müqavilə bağlayır, guya xəritəçəkən, təsərrüfat işçisi olduqları haqda sənədlər tərtib edilir.
Yaralı deyir ki, amerikalıların zərbəsinə eyni vaxtda üç dəstə düşdü, onlarda cəmi 1000-ə yaxın döyüşçü var idi. Ağır yaralılar da nəzərə alınmaqla ölən muzdluların sayı hətta 700-ə çata bilər.
Bu arada «The Guardian» xəbər verir ki, Deyr əz-Zorda yenə «Vagnerin ordusu»nun muzdluları itki verib. Suriya insan haqları monitorinq qrupuna (SOHR) istinad edən qəzet yazır ki, silah anbarında partlayış zamanı özəl hərbi şirkətə işləyən 15 rusiyalı muzdlu həlak olub. Bildirilir ki, silah arsenalı mina-tələ vasitəsilə partladılıb, nəticədə Bəşər Əsədin tərəfində döyüşən «Əl-Bəkir briqadası»ından 23, Rusiya özəl hərbi şirkətinin isə 15 döyüşçüsü ölüb. Hadisənin bu günlərdə -amerikalıların kütləvi zərbələrindən sonra baş verdiyi bildirilir.