Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
13:29 | 21 fevral 2018 | Çərşənbə
Məqaləyə 2596 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Britaniya mətbuatından «The Guardian» yazır ki, ötən il prezident Donald Trampın Çinə səfəri zamanı Pekində ABŞ və Çinin xüsusi xidmət agentləri arasında əməlli-başlı əlbəyaxa dava-dalaş olub.
ABŞ-ın «Axios» xəbər portalında dərc olunmuş məlumatda deyilir ki, ABŞ prezidentinin Çin səfərinin birinci günündə böyük qanqaraçılıq baş verib.
Davanın düşməsinə səbəb Amerika prezidentinin «nüvə topu» şərti adını qazanmış nüvə çantasının Mao Tze Dun zəmanəsindən qalma Böyük Xalq Zalına gətirilməsi olub. ABŞ prezidenti qara dəridən olan bu çantanı daim öz yanında gəzdirir. Ölkənin strateji raketlərinin düymələri bu çantanın içərisində kodlanıb.
Tramp Çin prezidenti Si Tsinpinlə (Xi Jinping) məhz burada görüşürdü.
Bir neçə mənbəyə istinad edən «Axios» yazır ki, əvvəlcə Çin rəsmiləri nüvə çantasını daşıyan hərbi müşavirin qarşısını kəsiblər.
Bu vaxt Amerika rəsmilərindən biri qonşudakı otağa qaçaraq məsələni Prezident Administrasiyasının rəhbəri Con Kelliyə (John Kelly) bildirib. Kelli otaqdan çıxaraq ABŞ rəsmilərinə heç kimə məhəl qoymadan yollarına davam etməyi tapşırıb.
Bundan sonra əlbəyaxa başlanıb. Bir Çin agenti Kellini qamarlayıb, Kelli isə ona əllə danışmamaq xəbərdarlığı edib. Elə bu zaman Amerika xəfiyyələrindən biri Kelli ilə höcətləşən Çin rəsmisini yerə uzadıb.
Ara sakitləşdikdən sonra hər iki tərəfin rəsmiləri baş verənlərin elə oradaca qalması barədə razılığa gəliblər.
Bu xəbərin müəllifi Conatan Svan (Jonathan Swan) yazır: «Mənə deyiblər ki, dava-dalaş vaxtı bir dəfə də olsun, heç bir çinlinin əli nüvə çantasına toxunmayıb. Mənə bunu da deyiblər ki, sonradan Çin təhlükəsizliyinin başçısı amerikalılardan anlaşılmazlığa görə üzr istəyib».
ABŞ məxfi xidmətinin rəsmiləri əvvəlcə bu xəbərləri saxta adlandırıblar, lakin sonradan etiraf ediblər ki, «bir balaca dartışma» yaranıb.
«The Guardian» yazır ki, bu, Amerika prezidentinin Çinə səfəri zamanı yaşanmış ilk «anlaşılmazlıq» deyil. Belə ki, 2016-cı ilin sentyabrında Pekin hava limanında prezident Barak Obamanın (Barack Obama) təyyarəsinə trap verilməsi yaddan çıxıb. Obama «Airforce 1»in çox az istifadə olunan arxa qapısından enməli olub.
Jurnalistlər amerikalılarla çinlilər arasında təyyarənin yanında baş vermiş mübahisənin şahidi olublar. Bu vaxt Çin agentlərindən biri əsəbi halda qışqırırmış: «Bura bizim vətənimizdir, bizim aeroportumuzdur».
Vaşinqtonda mənzillənmiş Çin eksperti Bill Bişop (Bill Bishop) deyib ki, xəbər tamamilə inandırıcıdır və Pekinin özünü dünya səhnəsində getdikcə daha özünəgüvənli apardığını göstərir.
Amma ekspert bunu da əlavə edib ki, «itələşmək» təhlükəsizlik agentlərinin tez-tez yol verdikləri hərəkətdir.
O bildirib ki, görünür, ABŞ tərəfi bu hadisənin çox da açıb-ağarmasını istəməyib, çünki Tramp bu səfərə yüksək qiymət verirdi.
Meksikanın Çindəki keçmiş səfiri Corc Quajardo (Jorge Guajardo) isə xatırlayır ki, Çin təhlükəsizlik xidmətinin əməkdaşları xarici qonaqlarla belə dava-dalaşlara tez-tez düşür.
Çindən bu hadisəyə dair heç bir şərh alınmayıb.
«The Guardian» yazır ki, orada hamının başı Çin Yeni ilinə qarışıb.